Arxiv
22 Dekabr 2018, 16:07 | HADİSƏ
Prezident Ramil Usubovla bağlı SƏRƏNCAM verdi

Prezident İlham Əliyev daxili işlər naziri Ramil Usubovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramil İdris oğlu Usubov “Şöhrət” ordeni ilə təltif edilsin.

22 dekabr tarixi Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov üçün xüsusi əhəmiyyət daşıyıb. Modern.az saytının məlumatına görə, bu gün Ramil Usubovun ad günüdür, nazirin 70 yaşı tamam olub.


Ramil İdris oğlu Usubov 22 dekabr 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə isə SSRİ  DİN-in Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

Ramil Usubov 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.

1987-ci ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib, 1989-cu ilədək həmin vəzifədə işləyib.

1989-1991-ci illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə  Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin 11 avqust 1993-cü il tarixli fərmanı ilə 2-ci dəfə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.


Mərhum dövlət başçısı Heydər Əliyevlə Naxşıvanda birgə işləmiş Ramil Usubov, Heydər Əliyev Azərbaycan prezidenti seçiləndən az sonra Bakıya daha yüksək vəzifəyə gətirilir. Belə ki, Heydər Əliyevin 29 aprel 1994-cü il tarixli fərmanı ilə Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilir. Az sonra nazirin rütbəsi də artırılır - prezidentin 3 may 1994-cü il tarixli fərmanı ilə ona general-mayor, 26 dekabr 1995-ci il tarixli fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli fərmanı ilə isə general-polkovnik hərbi rütbəsi verilib.

Prezident Heydər Əliyevə ən sadiq nazirlərlərdən biri olan R.Usubov cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin təmin edilməsindəki xüsusi xidmətlərinə görə 24 dekabr 1998-ci il tarixində “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.


2005-ci il martında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun çoxsaylı qətllər törədən və adam oğurlayan dəstəsi ifşa olunanda çoxları daxili işlər naziri Ramil Usubovun istefaya göndəriləcəyini güman edirdi. Lakin baş verənlərə rəğmən, R.Usubov vəzifəsini qoruya bildi və bu gün də Azərbaycan polisinə rəhbərliyini davam etdirir.

Ramil Usubov Azərbaycanda ən uzun müddət daxili işlər naziri vəzifəsini daşıyan məmurdur. 1918-ci ildə əsası qoyulan bu strukturun başında R.Usubova qədər cəmi iki nəfər 10 ildən çox əyləşib ki, onlardan da heç birinin səlahiyyət müddəti 20 ilə çatmayıb. Stepan Yemelyanov 12 il (01.08.1929 – 05.02.1941), Ağasəlim Atakişiyev isə 10 il (10.07.1943 – 06.06.1953) daxili işlər naziri olub. 
Ramil Usubov 24 ildir daxili işlər naziri vəzifəsində çalışır.


Daxili işlər naziri Ramil Usubovun üç övladı var, iki oğlu və bir qızı. 
Nazirin hər oğlu Daxili İşlər Nazirliyi sistemində yüksək vəzifələrdə çalışır.

Ramil Usubov Azərbaycanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmasında, dünya birliyi dövlətlərinin müvafiq qurumları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil edilməsində transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsindəki  xüsusi xidmətlərinə görə çox sayda müxtəlif yüksək mükafatlara layiq görülüb.
Məsələn, 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni ilə təltif olunub. 



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafadakı dəhşətli cinayətin görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Nazirlik və komitələrdə çalışanların aylıq pul təminatında artım oldu - SİYAHI 18 İyun 2019, 19:49 Büdcə təşkilatlarında çalışanların da əməkhaqları artırıldı - SİYAHI 18 İyun 2019, 19:38 Prezident müəllimlərin maaşını 20 faiz artırdı 18 İyun 2019, 19:35 Minimum əməkhaqqı artdı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55