İnsanı hərəkətə gətirən ruhdur- ruh vücuddan çıxdısa, ömür bitir…
Ruhun 7 xisləti var, hər xislətin də öz rəngi- ağ, qara, göy, sarı, yaşıl, qəhvəyi, bir də qırmızı…
Biz onlara ad qoymuşuq- təvazökar, xəbis, mehriban, dönük, təkəbbür, səxavət və sücaət…
Ağ rəng sücaətdirsə, xəbislik qara olur. Təvazökarlıq yaşıldır, təkəbbür göy, dönüklük sarı, qırmızı mehriban, səxavətsə qəhvəyi…
Onun payına ağ düşüb- sücaətin rəngidir. Bu rəngdə olan ruh insana cəsarət, qəhrəmanlıq bəxş edir...
Bəli, Rəşid Mahmudov ağ ruhlu ağsaqqal alimlərimizdəndir- cəsarətlidir…
İnsanların ağrı-acısını dilə gətirməyi bacaran şəxs, həm də xalqın SƏSidir…
O, 1938-ci ildə Gədəbəy rayonunun Kəsəmən kəndində dünyaya gəlib. Orada böyüyüb, boya-başa çatıb.
1955-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1961-ci ildə oranı əla qiymətlərlə bitirərək, həkimlik fəaliyyətinə başlayıb. Həkim, baş həkim işləyib, sonda Azərbaycan Tibb Universitetində müəllimlik edib, tibb elmləri namizədidir…
Onu hamı milli-mənəvi dəyərlərimizin təəssübkeşi kimi tanıyır. Sehirli qutudan yayımlanan çıxışlarını yəqin ki, siz də eşitmisiz...
O, örnəkdir- çoxları baxıb dərs götürə bilər…
O, ziyalıdır- xalqın problemlərinə biganə qala bilməz…
Onun haqqında çox danışmağa heç ehtiyac da yoxdur- görünən dağa nə bələdçi…
…Hörmətli Rəşid müəllim- Ağ ruhlu ağsaqqalımız, sən xalqını sevdiyin kimi xalq da səni sevir...
Mənəvi dəyərlərimizin təəssübünü çəkən insan!
Yeni iliniz mübarək!
Elman Eldaroğlu,
ABŞ, Miçiqan