Arxiv
24 Dekabr 2018, 12:24 | TƏHSİL
Tələbələr imtahana belə hazırlaşırlar - Hərənin öz metodu var  

Yanvar ayından etibarən ali və orta-ixtisas məktəblərində semestr imtahanları başlayır. Tələbələrin ən çox əziyyət çəkdiyi, şikayətləndiyi bu ayda imtahanlardan kəsilən də olur, son məqamda keçən də, əlaçı çıxan da. Maraqlıdır, görəsən tələbələrimiz semestr imtahanlarına hazırdırlarmı?

 

Modern.az-ın əməkdaşı bunu aydınlaşdırmaq üçün elə tələbələr arasında sorğu keçirib

 

Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi  Gülnar Abdürrəhmanlı:

 

- Bizdə ixtisas tərcüməçilik olduğu üçün semestr imtahanları biraz fərqlidir. Belə ki, yalnız öyrəndiyimiz xarici dillərlə bağlı fənlərdən imtahan veririk. İmtahana elə də hazırlaşmırıq. Dərs vaxtı keçdiyimiz mətnlər üzərində işləyirik. İmtahana daha çox bir gün qalmış hazırlaşırıq. Çünki əvvəlcədən hazırlaşmaq üçün əlimizdə elə böyük material olmur. Buna görə də imtahana bir gün qalmış təkrarlamaq kifayət edir.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Sabah” qrupu tələbəsi Pərvin Əliyev:

 

- İmtahana 3 gün qalmış oxumağa başlayıram. Sualları yavaş-yavaş öyrənirəm. Elə fənlər də var ki, kollektiv formada hazırlaşırıq. Müəllimlərlə də məsləhətləşirik. Nəhayət imtahana hazır oluruq.

 

Bakı Mühəndislik Universitetinin IV kurs tələbəsi Sevinc Salehqızı:
 

- Bizdə imtahan vermək elə də çətin deyil. Çünki semestr ərzində dərslərə ardıcıl hazırlaşıram, Müəllimlər də kömək edir. Eyni zamanda, bizdə dərs digər universitetlərdən fərqli keçirilir. Düzdür, bəzi tələbələr kimi imtahana bir gün qalmış təkrar edirəm, amma mütamadi olaraq, dərsi öyrəndiyimdən problem yaşamıram. Əsas narahatlığım cəmi bir neçə bala görə əlaçılıqdan kəsiləndə olur. Çox üzülürəm.

 

Bakı 1 saylı Tibb Kollecinin II kurs tələbəsi Salatın Ağakişiyeva:

 

- İmtahan sualları imtahandan 1 ay əvvəl verilir. Bu müddət ərzində rahat hazırlaşmaq imkanımız olur.  Əksərən, fənlərin hərəsindən 80 sual olur. İmtahanı testlə veririk.  İxtisas fənləri ilə yanaşı, fəlsəfə kimi əlavə fənlərimiz də var.

Açıq deməliyik ki, hərdən çox tənbəl, kəsilən tələbələr də olur. Onlar müxtəlif yollarla, hətta rüşvət verərək imtahandan keçirlər. Mən özüm isə cəmi iki fəndən çox çətinlik çəkdiyimə görə, bu yola əla atmalı olmuşam. Amma bu dəfə imtahanlarıma yaxşı hazırlaşmağa can atıram”.

 

Azərbaycan Dövlət Pedoqoji Universitetinin III kurs tələbəsi Reyhan Bayramova:

 

- Düzü, digər universitetlərdən fərqli olaraq, bizim imtahanlarımızın vaxtı imtahana az qalmış dəqiqləşir. Bunun həm müsbət, həm də mənfi cəhətləri var.  Belə ki, vaxt gec bilindiyi üçün tələbələr dərslərə daha məsuliyyətlə yanaşır, “ehtiyat igidin yaraşığıdır” prinsipinə əməl edirlər. Amma vaxtın gec bilinməsi tələbələrdə stress də yaradır. Eyni zamanda, Yeni il bayramını ailəsi ilə birgə keçirmək istəyən əksər tələbələr rayonlara gedirlər. Bayram əhval-ruhiyyəsi ilə rayonda imtahana hazırlaşmaq müşkül məsələdir. Bu səbəbdən, tez geri qayıtmalı olurlar. Nəticədə, onlarda ruh düşkünlüyü yaranır.

İmtahana necə hazırlaşdığıma gəldikdə isə,yaddaşım kifayət qədər yaxşı olduğu üçün dərslərdə çətinlik çəkmirəm. Hətta, istirahət üçün də vaxtım qalır. Bəzən ətrafımda imtahana 3-4 gün qalmış evə qapanıb, dərs oxuyan tələbələr görürəm. Məncə, bu, düzgün deyil. Biz sağlamlığımızın da qeydinə qalmalıyıq. Açıq havada gəzmək lazımdır. Mən özüm daha çox kitabxanalarda və “bookcafe”lərdə hazırlaşıram.  Belə olduqda, həm evdən çıxıram, stresdən uzaq oluram, həm də mənim kimi dərs oxuyan digər tələbələri görmək stimul verir. Dərsi dəfələrlə təkrarlamıram, çünki bu, adamda həm stress yaradır, həm də bildiklərini qarışdırır. Beləcə, imtahanlara hazırlaşıram və imtahanım uğurlu keçir. Məncə, əsas olan imtahana 3 gün qalmış durmadan dərs oxumaq yox, vaxtı düzgün bölüşdürməkdir. Bunu bacardığım üçün özümü şanslı hiss edirəm.

 

Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi Akabay Muradov:

 

- İmtahana 3 gün qalmış “60 sualı oxuyacağam” desəm də, bunu edə bilmirəm. Çox vaxt 2 gün qalmış da oxuya bilmirəm. Nəhayət imtahana 1 gün qalmış gecəni səhərə dərs oxuyuram. Səhəri gün də imtahan verirəm. İmtahan da uğurlu keçir. Hazırda da əlaçıyam.

 

ADA universitetinin II kurs tələbəsi İnayət Alisgəndərov:

 

- Digər ali məktəblərdən fərqli olaraq, bizdə semester imtahanları dekabr ayında keçirilir. Yeni ilə qədər bütün imtahanlarımız bitmiş olur. Bir qayda olaraq, semestr ərzində dərsləri oxuyub, imtahandan əvvəl təkrar edirəm. Mövzunu başa düşməmək kimi bəzi çətinliklərimiz olur. Amma tələbələr üçün yaxşı imkanlar var və ofis saatlarında biz müəllimlə mövzuları müzakirə edə bilirik. Bu, imtahanlara hazırlaşarkən çox effektiv olur.

Son olaraq, imtahanlara bir gün qalmış hazırlaşmağı təsəvvür belə edə bilmirəm. Çünki imtahanda tələbədən “mövzu haqqında nə deyə bilərsiniz” yox, “bu məsələnin digər bir mövzu ilə əlaqəsi, fərqi nədir” şəklində soruşulur.

 

Bakı Mühəndislik Universitetinin magistratura tələbəsi Fazil Nəbiyev: 

- Semestr ərzində müəllimlər  PDF-lər göndərirlər və dərslər ya mühazirə, ya da praktik formada keçirilir. Bir də, onu da qeyd edim ki, mən universitetə gələndən müəllimlərim “Qafqaz dövrü”ndən qalma müəllimlədir və “Qafqaz sistemi” ilə dərs keçirlər. İmtahana gəldikdə, bakalavriatdan fərqli olaraq, imtahan sualları verilmir və demək olar ki, imtahana hazırlaşmıram. Sadəcə olaraq, imtahan verəcəyimiz fənnin mündəricatına baxıram və bir az təkrar edirəm. Bəzi qeyri-ixtisas fənləri var ki, onları oxuyaraq, imtahana hazırlaşmalı oluram.

 

Bakı  Dövlət Universitetinin magistrantı Aysel Qurbanova:

 (Aysel həm oxuyur, həm də işləyir)

 - Magistatura bakalavr pilləsinə nisbətən, bir qədər çətindir. Mənim ixtisasım Jurnalistikadır. Bizdə ilk semestrdə iki fənnimizi dörd kafedra tədris edir. Amma onların bir neçəsi sualları gecikdirir. Hələlik, kafedralarımızın cəmi ikisi sualları vaxtında verib, bizimlə maraqlanıb.

 Bundan əlavə, bir sıra qeyri-ixtisas fənləri də var ki, onlarda da çətinlik yaranır.  Hətta bu fənlər bizə ixtisas fənlərimizdən də çətin gəlir. Belə ki, Psixologiya kimi əlavə fənnin dərs saatı çox azdır, materiallar və suallar isə kifayət qədər çoxdur. Bu saydıqlarımdan savayı, bir problemimiz olmur.

 

Azərbaycan Dillər Universiteti III kurs tələbəsi Dəniz Səlimli:

 

- Semestr ərzində hər fənnə aid qısa konspektlər hazırlayıb, imtahanlar arasında isə bu konspektlə dərsləri təkrar edirəm. Bir də onu deyim ki, məncə, imtahana yüksək motivasiya ilə girmək daha vacibdir. Bu səbəbdən, biz qrup olaraq, hər imtahana vaxtından əvvəl gəlirik. Yığılıb, bir yerdə mahnı oxuyuruq. Düzdür, hər dəfə nəzarətçilər tərəfindən danlanırıq, amma artıq bu, bizdə adət halını alıb. Belə motivasiya ilə də imtahana giririk və imtahan uğurlu keçir.

 

Rəna Nəbi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41 Gəncədə avtomobil 19 yaşlı qızı vurdu 25 May 2019, 10:30 Saakaşvilinin Ukraynaya qayıdacağı tarix AÇIQLANDI 25 May 2019, 10:23 Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM 25 May 2019, 10:13 Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi 25 May 2019, 10:06 Cəbhədə gərginlik – Atəşkəs 20 dəfə pozuldu 25 May 2019, 09:59 Rusiyalı nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub 25 May 2019, 09:53 Bu gün Bakıda 28 dərəcə isti olacaq 25 May 2019, 09:36 NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görə   25 May 2019, 09:22 “Mxitaryan Bakıya getmək istəmir? Öz işidir...” 25 May 2019, 09:03