Modern.az

Son 15 ildə Azərbaycanın xarici ticarət tərəfdaşları 1,5 dəfə artıb

Son 15 ildə Azərbaycanın xarici ticarət tərəfdaşları 1,5 dəfə artıb

Aktual

24 Dekabr 2018, 15:13

"2017-ci ildə ÜDM-də özəl sektorun payı 84%, məşğulluqda isə 76% təşkil edib".

Modern.az-ın xəbərinə görə, bunu Bakıda keçirilən "Möhtəşəm quruculuq dünən, bu gün, sabah" adlı konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, son 15 ildə ölkə iqtisadiyyatına 250 mlrd. dollar sərmayə qoyulub:

"Son 15 ildə ölkə iqtisadiyyatına yatırılan 250 mlrd. dollarlıq investisiyaların 50%-dən çoxu xarici investisiyalardır. Bu investisiyaların 60%-dən çoxu qeyri-neft sektoruna yatırılıb. Bu illər ərzində xarici ticarət tərəfdaşları 1,5 dəfə, xarici ticarət 5,3 dəfə, qeyri-neft ticarəti 4,1 dəfə artıb".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır