Modern.az

Firudin Qurbanov BDU-da işə başladı - Prorektorlara ilk tapşırıqlar verildi  

Firudin Qurbanov BDU-da işə başladı - Prorektorlara ilk tapşırıqlar verildi  

24 Dekabr 2018, 15:22

Məlum olduğu kimi, Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək. 

Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsindən AzEdu.az-averilən məlumata görə, Firudin Qurbanov Bakı Dövlət Universitetinin rektoru vəzifəsinin icrasına artıq başlayıb.

Məlumatda qeyd olunub ki, nazir müavini cari ilin 22 dekabr tarixində universitetin prorektorları və müşavirlərlə görüşərək müvafiq müzakirələr aparıb, tapşırıqlar verib.

Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov Prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?