Modern.az

Miqrasiya orqanlarına imtahan keçirildi – 70 nəfər...

Miqrasiya orqanlarına imtahan keçirildi – 70 nəfər...

Aktual

24 Dekabr 2018, 16:20

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün dekabrın 23-də Azərbaycan Memarlıq və İnşaat Universitetində test imtahanı keçirib.

 

Bu haqda Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Müsabiqənin test mərhələsində iştirak etmək üçün 394 namizəd müraciət edib. Onlardan 324 nəfər imtahanda iştirak edib.

 

Test imtahanının nəticələrinə əsasən,117 namizəd 70 və dаhа yüksək bal toplayaraq müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

 

Müsabiqənin müsahibə mərhələsi ilə bağlı əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, 3 sааt davam edən imtahanda namizədlərə 100 test sualı təqdim olunub. Onlardan 50 sual ümumi qanunvericilik və Azərbaycan Respublikasının Konstitusiyası, 20 sual Azərbaycan tarixi və coğrafiyası, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olub.

 

Hər suаl bir bаllа qiymətləndirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır