Modern.az

Antiterror əməliyyatı keçirildi: Terror planlaşdıran şəxs həbs olundu

Antiterror əməliyyatı keçirildi: Terror planlaşdıran şəxs həbs olundu

Aktual

24 Dekabr 2018, 18:30

Türkiyənin Adana vilayətində keçirilmiş antiterror əməliyyatı nəticəsində Rusiya vətəndaşı saxlanılıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, saxlanılan şəxs Çeçenistan sakinidir.

 

Adı açıqlanmayan terrorçunun “Həyat Təhrir əş-Şam” terror təşkilatının mənsubu olduğu və Yeni il ərəfəsində Türkiyədə terror aktları planlaşdırdığı bildirilib.

 

Bundan başqa onun Suriyada döyüşlərdə iştirak etdiyi və 2017-ci il yanvarın 1-də İstanbulda gecə klublarının birində terror aktı törətmiş Əbdülqədir Maşaripovun yaxını olduğu deyilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir