Modern.az

Kürdə suyun səviyyəsi azalıb

Kürdə suyun səviyyəsi azalıb

24 Dekabr 2018, 19:00

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-170, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 110-190 faizini təşkil edir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, dekabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 165 kubmetr olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 



Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 88 kubmetr təşkil etməklə ongünlük normanın 121 faizinə bərabərdir.

 

Dekabrın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra və Araz çayının Novruzlu məntəqələrində 3, Şirvan və Bankədə 4, Salyanda isə 6 santimetr azalıb. 



Hazırda Surra məntəqəsində suyun səviyyəsi 447, Şirvanda 339, Salyanda 304, Bankədə 259, Araz çayının Novruzlu məntəqəsində isə 152 santimetrə bərabərdir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır