Modern.az

Bakı-Sumqayıt qatarının hərəkətində problem yarandı - FOTO

Bakı-Sumqayıt qatarının hərəkətində problem yarandı - FOTO

24 Dekabr 2018, 19:10

Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb.

 

Modern.az xəbər verir ki, Azvision.az -ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, saat 18:30-da yola çıxmalı olan qatar texniki səbəbdən hərəkət etməyib. Nəticədə sərnişinlər bir müddət qatarda qalıblar.

 

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədimova sistemdə problemin olduğunu bildirib.

 

"Həmin saatda iki qatar yola çıxır. Sistemdə problem olduğu üçün qatarlar bir-birinin hərəkətini görə bilməyib. Nəticədə yubanma olub. Problem aradan qaldırılıb. Qatar artıq xəttə buraxılıb, yoldadır". 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?