Modern.az

ABŞ İrana ultimatum verib

ABŞ İrana ultimatum verib

Dünya

18 Noyabr 2011, 15:46

Ultimatumda İsrailin İranı "hansı yerindən" vuracağı göstərilib

ABŞ İrana ultimatum verərək Tehrandan 2012-ci ilin baharına qədər nüvə proqramını bağlamağı tələb edib. Modern.az NEWSru Israel portalına istinadən bildirir ki, Vaşinqton əks təqdirdə İrana zərbə vurmağa hazırlaşan İsraili saxlaya bilməyəcəyini bəyan edib. Yazıda qeyd edilir ki, 2012-ci ilin baharında ABŞ qoşunları İraq ərazisini tərk edəcəklər və artıq İraq səmasından keçmək üçün Təl-Əvivə Vaşinqtondan icazə almaq lazım gəlməyəcək.

ABŞ xüsusi xidmətindəki mənbələrə istnad edən sayt bildirir ki, İsrail İranın nüvə obyektlərinə hücum zamanı təkcə raket zərbələri ilə kifayətlənməyəcək. İsrail hücum zamanı ölkənin elektrik təminatını, interneti, mobil rabitə və elektron komunikasiya sistemini sıradan çıxarmağı planlaşdırır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar