Arxiv
25 Dekabr 2018, 08:34 | MEDİA
Jurnalistika üzrə ölkədə ilk elmlər doktoru  

və ya SÖZün qulu, Qulunun SÖZü...


Jurnalistika ixtisasdır və hər bir ixtisasın arxasında insan faktoru durur. İnsanlar isə müxtəlifdir, qorxağı da var, cəsarətlisi də...

Ola bilsin ki, başqa ixtisas sahiblərinə cəsarət anlamı elə də vacib deyil, amma jurnalistikada bu keyfiyyət kəm olanda qabarıq nəzərə çarpır...

O, cəmiyyətdə kifayət qədər cəsarətli jurnalist kimi tanınıb. Öz sözünü deməyi bacaran, hadisələri olduğu kimi qələmə alan jurnalistlərdəndir. Kiməsə yarınmaq, üzgörənlik, nədənsə çəkinmək onun ruhuna yaddır. Belə insanlar haqında danışanda bir deyim yada düşür- kişi kimi yaşayır, kişi kimi də alnı açıq, üzü ağdır. Məncə bu deyim, jurnalistə verilən ən böyük dəyərdir…

O, 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində başa vurub. 
1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən təyinatla Azərbaycan televiziyasına göndərilib və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb.
Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, baş redaktor, siyasi icmalçı və departament direktoru vəzifələrində çalışıb.
1991-ci ildən müntəzəm efirə çıxıb, “1000 saniyə” və “24 saat” xəbər verilişlərini aparıb. 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı kimi fəaliyyət göstərib.
1993-1995-ci illər arasında “7 gün” populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının (“Təfsilat”-1995) müəllifi və aparıcısı olub.
1995-ci ilin martında Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda hər gün efirə çıxan “Səhər” musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət (1995-2007) bu verilişin baş redaktoru olub.
1995-ci ilin noyabrından 1996-cı ilin yanvarına kimi qısa müddətdə Xəbərlər baş redaksiyasına rəhbərlik edib.
2005-ci ildə AzTV şirkətdən qapalı səhmdar cəmiyyətə çevrildikdən sonra “Səhər” proqramının baş redaktoru təyin olunub
2007-ci ildə “Müəllif proqramları və xüsusi layihələr” departamentinin direktoru kimi fəaliyyətini davam etdirib. Həmin ilin oktyabrın 2-də AzTV QSC-dən uzaqlaşıb.

2007-ci ilin oktyabrın 3-dən Xəzər TV-də fəaliyyətini davam etdirib. 2007-2012-ci illər arasında Xəzər TV-də “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb. 

2014-cü ilin mayında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq şöbəsinin müdiri vəzifəsi ona tapşırılıb.

2017-ci ildən Ayna TV-nin "Aynada" verilişinin iştirakçılarından biridir. Gunaz TV-də yayımlanan "Mətbuat aynasında" proqramının aparıcısıdır. Respublikanın Əməkdar jurnalisti adına layiq görülüb.
1989-cu ildə “Radiodramaturgiya dili” mövzusunda namizədlik, 2004-cü ildə isə “Televiziya dili: funksiya və struktur” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Jurnalistika üzrə ölkədə ilk elmlər doktorudur...

Xalqın ağrı-acısını dilə gətirməyi bacaran bu insanı tanımaqdan ötrü şəxsən tanış olmaq vacib deyil, bəs edir ki, onu sehirli qutudan izləyəsən…

O, peşəsinin zirvəsidir. Bir peşəkar kimi Azərbaycan jurnalistika tarixinə öz adını qızıl hərflərlə yazdıra bilib...

Adətən, ustadlar xəsis olur, peşəsini başqalarına öyrətməyə tələsmirlər. Bu baxımdan, Allah ondan səxavəti əsirgəməyib, tələbələri kifayət qədərdir...

Bəli, sözün düzünü dilə gətirmək, yazmaq, həqiqəti olduğu kimi ictimaiyyətə çatdırmaq jurnalisdən cəsarət tələb edir. Cəsarəti, məntiqi, bir sözlə xidmətləri ilə xalqın ürəyində özünə yer almış hörmətli Qulu Məhərrəmlini, yeni ilin gəlişi münasibəti ilə təbrik edirik- Yeni iliniz mübarək, Qulu müəllim!


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafadakı dəhşətli cinayətin görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Nazirlik və komitələrdə çalışanların aylıq pul təminatında artım oldu - SİYAHI 18 İyun 2019, 19:49 Büdcə təşkilatlarında çalışanların da əməkhaqları artırıldı - SİYAHI 18 İyun 2019, 19:38 Prezident müəllimlərin maaşını 20 faiz artırdı 18 İyun 2019, 19:35 Minimum əməkhaqqı artdı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55