Modern.az

Qurumuş ağaclar  yeniləri ilə əvəzləndi

Qurumuş ağaclar  yeniləri ilə əvəzləndi

25 Dekabr 2018, 11:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə payız ağacəkmə kampaniyası çərçivəsində Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş ağacların yenisi ilə əvəzlənməsi aksiyası Binəqədi rayonunda davam etdirilib.

Bu haqda Modern.az-a nazirlikdən məlumat verilib.

Keçirilən aksiya zamanı Binəqədi rayon İcra Hakimiyyəti ilə birgə Biləcəri qəsəbəsində 4  qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib, ərazidəki boş sahələrə  600 ədəd çinar və sərv ağacı əkilib.

Nazirlik aksiyalarda fəal iştirak edən hər kəsə təşəkkürünü bildirir və vətəndaşlardan xahiş edir ki, qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli “Qaynar xətt” inə məlumat versinlər.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı