Modern.az

Polis avtomobillərdən oğurluq edənləri tutdu

Polis avtomobillərdən oğurluq edənləri tutdu

Aktual

25 Dekabr 2018, 11:53

Xətai rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə,Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini  Elxan İsayev saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə “Land Rover” markalı avtomobildən parfümeriya oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Pərvin Hümbətov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun daha 2 “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlaması da müəyyən edilib.

 

Araşdırmalar aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə