Arxiv
25 Dekabr 2018, 15:23 | PARLAMENT
Milli Məclis bu qanun layihələrini işlər planına saldı, amma müzakirəyə çıxarmadı - SİYAHI

2018-ci ilin bitməsinə sayılı günlər qalıb. Bu il ərzində Milli Məclis bir sıra qanunlara dəyişikliklər edib, yeni qanun layihələri qəbul olunub. Ancaq parlamentin yaz  və payız sessiyasında bir neçə qanun layihəsinin müzakirəsi mümkün olmayıb.

 

Modern.az saytı Milli Məclisin 2018-ci il üçün işlər planına daxil edilən, ancaq müzakirəyə çıxarılmayan qanun layihələrini təqdim edir:

 

“Daxili Qoşunların statusu haqqında” yeni qanun layihəsi Milli Məclisin 2018-ci il üçün işlər planına daxil edilməyinə baxmayaraq, yaz və payız sessiyalarında müzakirəyə çıxarılmayıb. Yeni qanun layihəsi mövcud qanundan fərqli olaraq 6 fəsil, 39 maddədən ibarətdir. Bu sənəddə Daxili Qoşunların xidmət və vəzifələri yeni və genişləndirilmiş formada təsbit olunub. Hazırda qüvvədə olan "Daxili Qoşunların statusu haqqında” qanun 1994-cü ildə qəbul olunub.

 

“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun yenidən hazırlanıb. Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının qanunverici işlər planına da salınıb. Hazırda qüvvədə olan “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun 2002-ci ildə qəbul olunub.

 

Bu il ərzində Milli Məclisin 2018-ci il üçün işlər planına daxil edilən, ancaq müzakirəyə çıxarılmayan sənədlərdən biri də “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsidir. Sənəddə Azəbaycan xalqının milli-mədəni və mənəvi sərvəti olan muğam sənətinin statusu, dövlət təminatı, təsnifatı, qorunması və inkişaf etdirilməsi üzrə Dövlət Proqramının qəbul edilməsi və həyata keçirilməsi, muğam irsinin toplanaraq mühafizə edilməsi, sistemləşdirilməsi, tədqiqi, nəşri, klassik və müasir seçmə ifaların kütləvi istehsalı və yayımı, bu sahədə ixtisaslı kadrların hazırlanması, Azərbaycanın müxtəlif bölgələrində istedadlı muğam ifaçılarının aşkarlanması üçün zəruri tədbirlərin həyata keçirilməsi, elmi araşdırmaların aparılmasına və əlaqələndirilməsinə şərait yaradılması, dərslik və dərs vəsaitlərinin hazırlanaraq nəşr edilməsi, Beynəlxalq səviyyədə Azərbaycan muğam sənətinin təqdim edilməsi və təbliği, nümunələrinin xarici dövlətlərin ərazilərində mənimsənilməsi, təhrif edilməsi və qeyri-qanuni istifadəsinin qarşısının alınması və hüquqi qorunması məqsədi ilə beynəlxaql əməkdaşlığa şərait yaradılması və digər məsələlər əksini tapıb. Qanun layihəsində Azərbaycan muğamının başlıca göstəriciləri, növləri göstərilib.

 

“Yazılı abidələr haqqında” yeni qanun layihəsi də Mədəniyyət komitəsinin və Milli Məclisin 2018-ci il üçün işlər planına daxil edilmişdi, amma müzakirəyə çıxarılmadı.  Sənəddə yazılı abidələrin yeni statusu, təsnifatı və digər yeni müddəaların əks olunduğu sənəddə əksini tapan mühüm məsələlərdən biri işğal altında olan ərazilərimizdəki əlyazmalarla bağlı olacaq.

 

“Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisdə I oxunuşdan keçib. Yeni qanun layihəsi 5 fəsil 33 maddədən ibarətdir. Yeni qanun layihəsinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir. Sənədin hər üç oxunuşda Milli Məclisin 2019-cu ildə yaz sessiyasında qəbul edilməsi gözlənilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müəllimlərin maaşının artması valideynləri də seçimə adar edəcək - Deputat 19 İyun 2019, 11:08 Azərbaycanın qeyri-neft məhsullarının xaricə satışı ARTIB 19 İyun 2019, 11:04 160 min müəllimin maaşı artırılıb 19 İyun 2019, 11:00 Maaş artımı pensiyalara da təsir edəcək 19 İyun 2019, 10:57 ABŞ səfirliyi amerikalı idman elçilərinin Azərbaycan səfərini maliyyələşdirir 19 İyun 2019, 10:45 Prezidentin maaşlarla bağlı sərəncamları – 2 milyon insanı əhatə edir 19 İyun 2019, 10:31 Sosial dəyərlərə çevrilən iqtisadi dəyərlər... 19 İyun 2019, 10:28 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 19 İyun 2019, 10:11 “Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? - TƏHLİL 19 İyun 2019, 10:07 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 19 İyun 2019, 10:01 Minimum əməkhaqqı artımı 950 min insanı əhatə edəcək 19 İyun 2019, 10:01 Azərbaycanla BƏT arasında əməkdaşlıq müzakirə olunub 19 İyun 2019, 09:52 Deputat Sədaqət Vəliyeva Prezidentin maaşlarla bağlı sərəncamı HAQDA... 19 İyun 2019, 09:47 Başına 4  milyon qoyulan PKK terrorçusu məhv edildi 19 İyun 2019, 09:38 Azərbaycanda 21 yaşlı qız itkin düşdü – FOTO 19 İyun 2019, 09:34 Hicablı xanımlar kişilərlə əl-ələ görüşə bilər 19 İyun 2019, 09:29 Mübariz İbrahimovun anım günüdür 19 İyun 2019, 09:17 “University Foundation Center”də beşinci buraxılış gecəsi keçirildi 19 İyun 2019, 09:11 Babək prospektində qəza oldu - tıxac yarandı 19 İyun 2019, 09:05 Con Bolton Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüşdən YAZDI 19 İyun 2019, 09:00 Şəhid Rəşad Niftalıyevin “Sonuncu zəng”i: “Bizə dedi ki, yanıma gəlməyin!” 19 İyun 2019, 08:52 Azay Quliyev Prezidentə təşəkkür etdi 19 İyun 2019, 08:43 Manat və dolların məzənnəsi   19 İyun 2019, 08:27 Amerikanın azərbaycanlı dirijoru 19 İyun 2019, 08:24 Ağstafadakı dəhşətli cinayətin daha bir görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59