Modern.az

Ustadlar ustadı

Ustadlar ustadı

Mədəni̇yyət

26 Dekabr 2018, 10:17

Onun yaşıdlarının dilindən qopan kəlmə çoxdan kəsərini itirib- 94 yaşı var…

Aclıq, müharibə, tənəzzül, tərəqqi- ötüb keçdiyi ömür yolunda rast gəldikləridir…

"Mövcud olmaq hələ yaşamaq deyil"- onun dediklərindəndir…

Bəli, yaşının çoxluğuna baxmayaraq o, yaşayır, həm də mövcuddur, varlığını sübut edir…

Qısa xronika:

O, 1924-cü ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb.
1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya- jurnalistika şöbəsində təhsilini davam etdirib.
1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində oxuyub. 
1954-cü ildə Moskva Dövlət Universitinin jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.
1954-cü ildən Bakı Dövlət Unuversitetidə müəllim kimi və müxtəlif vəzifələrdə çalışıb…

Deyir ki, Abbas Səhhət M.Ə.Sabirin ölümündən sonra, "Hophopnamə"nin çapı üçün pul yığılmasını təklif edir. Nəticədə 126 manat pul yığılır. Bunun 26 manatı azərbaycanlılardan, 100 manatı isə erməni qadınlarından gəlir. Bu hadisəni, eləcə də xalqımızın başına gətirilən oyunlardan elə yana-yana danışır ki, sözlərindəki alovun şölələrini görməmək olmur. 

Onu yandırıb yaxan milli təəssübkeşlik hissləri, qeyrətdir. Bunu görən insan istər-istəməz bu kəlmələri dilə gətirməyə bilmir- var ol, USTAD!..

Bütün ömrü boyu cumhuriyət tarixini araşdırıb. Məhəmmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində misilsiz xidmətləri var…

Mətbuat tariximizin araşdırılmasında böyük zəhməti olan tədqiqatçıların sırasında adı ön cərgədə çəkilir…

Ömrünün ixtiyar çağlarını yaşayan, bu qosqoca pirani kişiyə- ustadlar USTADINA möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayırıq. 

Xalqımız sizi sevir, Şirməmməd müəllim. Bu boyda qeyrət sahibini sevməmək mümkün deyil...

Yeni iliniz mübarək!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi