Arxiv
27 Dekabr 2018, 09:02 | İQTİSADİYYAT
Vergilərdə islahatlar, yeni nazirin köklü dəyişiklikləri... - 2018 nə ilə yadda qalır?

Yola saldığımız 2018-ci il vergi sahəsində geniş islahatlar paketinin hazırlanması və vergi qanunvericiliyinə mühüm dəyişikliklərin edilməsi ilə yadda qalır. Bu ili vergi sistemində keçid ili kimi müəyyən edən Vergilər Nazirliyi cəmiyyətin inkişaf faktoru ilə şərtləndirilən və aparıcı dünya praktikası ilə uzlaşdırılan addımlar atdı.

Yeni islahatlar kursuna əsasən, vergi sistemində idarəetmə prinsiplərinin yenidən təşkili və vergi inzibatçılığının təkmilləşdirilməsi, müasir innovativ texnologiyaların tətbiq olunması, şəffaflığın təmin edilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi ilə bağlı əhatəli tədbirlər həyata keçirilib. Vergi qanunvericiliyində mövcud olan bəzi boşluqların aradan qaldırılması, müasir çağırışların tələbindən irəli gələn bir sıra məsələlərin həlli məqsədilə müxtəlif dövlət qurumları və ictimai təşkilatların, assosiasiyaların, sahibkarların rəy və təklifləri nəzərə alınmaqla Vergi Məcəlləsinin yeni redaksiyası hazırlanıb.

 

Yeni nazirlə yeni vergilər...

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, yola salmaqda olduğumuz ildə vergilər sahəsində ən mühüm hadisə 2017-ci ilin sonlarında təyin olunan Mikayıl Cabbarovun vergilər naziri kimi geniş fəaliyyətə başlamasıdır:


“Mikayıl Cababrov təyinatdan dərhal sonra vergi sismində islahatlarla ciddi məşğul oldu. “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda keçirilən konfrans ciddi müzakirə platforması oldu. Sahibkarların, millət vəkillərinin iştirakı ilə geniş müzakirələr aparıldı, təkliflər dinlənildi.

Nəhayət, 2018-ci ilin sonunda Milli Məclisdə Vergilər Məcəlləsinə dəyişikliklər qəbul olundu. Bildiyiniz kimi, Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək”.

 

“Ayın axırı kimsə sahibkarın qapısın kəsdirmir”

 

Parlamentari yeni nazir təyinatından sonra vergi sistemində müəyyən qədər şəffaflığa nail olunduğu qənaətindədir:

“Vergi sistemində şəffalıq təmin edildi, sahibkarlara qarşı basqılar aradan götürüldü. Artıq ayın axırında kimsə sahibkarın qapısını kəsdirmir. Hazırda vergi sistemində aşkarlıq üçün imkanlar yaradılıb. Düzdür, bütün məsələlər öz həllini tapmayıb. Əsas problemlərin müəyyənləşdirilməsi və onların həllinə çalışılmasıdır ki, növbəti ildə bunun davam etdiriləcəyinə inanırıq. 2019-cu ildə vergi islahatları həyata keçirildikcə bu sahədə daha çox proqressiv hallara rast gəlinəcək”.

 


İslahatların başlanğıcı 


Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci il fevralın 18-də “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda keçirilən konfransda vergi sistemindəki vəziyyət və onun perspektiv inkişaf istiqamətləri, ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə işgüzar dairələrlə geniş fikir mübadiləsi aparıldı:

“Vergilər naziri Mikayıl Cabbarov forumda vergi xidmətinin fəaliyyətində yeni yanaşmalar və vergi xidmətinin qarşısında duran vəzifələrin icrası, vergi əməkdaşlarının fəaliyyətində yeni tələblər, vergi orqanlarına etimadın yüksəldilməsi və digər məsələlərlə bağlı çıxış etdi. Bununla da il ərzində həyata keçiriləcək tətbirlərin anonsu verildi. Vergilər Nazirliyi sahibkarlara müraciət ünvanlayaraq, onları yeni iqtisadi şəraitdə fəal və faydalı əməkdaşlığa, şəffaflığa dəvət etdi. Nazirlik ödəyicilərə keyfiyyətli xidmətlər, qarşılıqlı etimad təklif edərək, sahibkarların bütün problemlərini dinləməyə, qanuni tələblərinin həllinə kömək göstərməyə hazır olduğunu bəyan etdi”.

 

E-qaimələrin tətbiqi

Rəsmi məlumatda həmçinin bildirilib ki, vergi qanunvericiliyinin müddəalarına əsasən, 2018-ci ilin yanvar ayından elektron qaimənin (e-qaimə) tətbiqinə başlanıldı:

“Bu siyasətə uyğun olaraq e-qaimə və e-vergi hesab-fakturasının (e-vhf) tərtib edilməsində mövcud olan müəyyən mürəkkəbliyin aradan qaldırılması istiqamətində işlər görüldü. Nazirliyin informasiya sisteminin təkmilləşdirilməsi, xüsusən də vergi ödəyiciləri üçün istifadəçi interfeyslərinin dizaynına xüsusi diqqət yetirilməsi və e-qaimə və e-vhf-nin  göndərilməsinin sadələşdirilməsi üçün təhlil prosesinə başlanıldı”.

 


Struktur islahatları


2018-ci ildə vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə aparılan struktur islahatlarının fəlsəfəsi vergi orqanlarının əsas funksiyasının fiskal nəzarətdən vergi ödəyicilərinə xidmət prinsipinə keçirilməsi oldu.
Nazirliyin aparatının yeni strukturunda Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamenti, Vergi auditi, İqtisadi təhlil və ekspertiza, Vergi siyasəti, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi ödəyicilərinə xidmət, Dövlət qeydiyyatı və uçota nəzarət, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət, Hüquq, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi, Rəqəmsal vergi inzibatçılığı, İnsan resursları, Maliyyə, Daxili təhlükəsizlik departamentləri, habelə Media və Kommunikasiya Mərkəzi daxil edildi. Struktur vahidlərinin funksional fəaliyyəti və vəzifələrinin bölgüsündə də dəyişikliklər aparıldı. Yeni strukturlar iyulun 2-dən fəaliyyətə başladı.

 

Müasir rəqəsmsal texnologiyaların tətbiqi


Rəsmi məlumata görə, Vergilər Nazirliyinin fəaliyyətində rəqəmsallaşma və elektron xidmətlərin tətbiqinin genişləndirilməsi əsas hədəflərdəndir:

“Elektron xidmətlərin sayının artırılması, xidmətlərin mobil cihazlar vasitəsilə əldə edilməsi imkanlarının yaradılması, nazirliyin veb portalının funkionallığının genişləndirilməsi istiqamətində zəruri işlər həyata keçirildi. Rəqəmsallaşmanın təkcə vergi ödəyicilərinə göstərilən xidmətlərə deyil, eyni zamanda təhlillərin və auditin aparılması, kameral yoxlamalar prosesində də tətbiqi, bu prosesin süni intellekt üzərində qurulan proqramlardan, müasir informasiya texnologiyalarından istifadə etməklə həyata keçirilməsi nəzərdə tutulur.
Yeni yaradılmış Rəqəmsal vergi inzibatçılığı departamenti üçün elektron vergi inzibatçılığının tətbiqi, onun texnoloji təminatının daha yüksək səviyyəyə çatdırılması, məsafədən vergi xidmətlərinin göstərilməsi, operativ informasiya mübadiləsinin təmin edilməsi, informasiya təhlükəsizliyi sisteminin idarə olunması, vergi ödəyicilərinə aid məlumatların məxfiliyinin tam qorunması əsas fəaliyyət istiqamətləri kimi müəyyən edilib”.

 

Elektron audit – şəffaf yoxlama metodu

 

Vergilər Nazirliyi vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin avtomatlaşdırılması ilə yanaşı, vergi nəzarəti proseslərinin avtomatlaşdırılmasını da əsas prioritetlərdən biri kimi müəyyən edib. Bu məqsədlə yeni yaradılmış Rəqəmsal vergi inzibatçılığı departamenti elektron auditin (e-audit) effektiv və səmərəli formada tətbiqi üzərində araşdırmalar aparır. Görülən işlər çərçivəsində yeni məlumat bazasının yaradılması, vergi ödəyiciləri haqqında məlumatların ümumi bazaya inteqrasiyası, bu sahədə qanunvericiliyin və prosedurların təkmilləşdirilməsi, yeni texnologiyanın tətbiqi və süni intellekt modulları əsasında informasiya sisteminin qurulması nəzərdə tutulur.

 

İdxal-ixraca birgə nəzarət sistemi

Dövlət başçısının “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur - İdxal-ixrac əməliyyatları üzrə nəzarət departamenti yaradıldı. Yeni qurum Dövlət Gömrük Komitəsi ilə birgə maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinə dəstək verilməsi, idxal-ixrac əməliyyatlarına nəzarət sisemini həyata keçirir.

 

Vergi bəyannamələrinin və hesabatların formalarına dəyişikliklər

 

Vergi sistemində həyata keçirilən islahatların əsas hədəflərindən biri iqtisadi artımı sürətləndirmək üçün orta və uzunmüddətli dövrdə vergi sahəsində səmərəliliyin artırılması, büdcənin dayanıqlığının təmin edilməsi məqsədilə büdcə gəlirlərinin əldə olunması, sahibkarlığın stimullaşdırılması və investisiyaların təşviqidir. Bu siyasətə uyğun olaraq, həmçinin “Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişikliklərin tələblərindən irəli gələrək, vergi bəyannamələrinin və hesabatların formalarında dəyişikliklər edildi. Vergi bəyannamələrinə və onların əlavələrinə edilmiş dəyişikliklər vergi inzibatçılığının təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının düzgün müəyyənləşdirilməsinə, bəyannamələr vasitəsilə əldə olunan məlumatların dəqiqləşdirilməsi hesabına vergi ödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edir.

 

Yeni Tvinninq layihəsi

 

Nazirlik Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirərək aprelin 17-də  yeni layihənin -  “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsinə başladı. Yeni layihə transfer qiymətləndirməsinə dair qanunvericiliyin və praktiki məsələlərin inzibatçılığı, habelə transfer qiymətləndirməsi üzrə auditin tətbiqi və icra olunması sahələrində Avropa İttifaqı ölkələrinin uğurlu təcrübəsini öyrənməyə və gələcəkdə mövcud qaydaların daha da təkmilləşdirilməsinə xidmət edir. Layihənin məqsədi transfer qiymətləndirməsi sahəsində audit prosesləri üçün effektiv resursların yaradılması və səmərəli auditin tətbiqi  istiqamətində Azərbaycanın Vergilər Nazirliyinə dəstək  verməkdir. Layihə üzrə 3 əsas nəticənin əldə olunması qarşıya qoyulub. Bu məqsədlərə:

- transfer qiymətləndirməsi sahəsində qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması;

- transfer qiymətləndirməsi üzrə inzibati nəzarət mexanizmlərinin yaradılması;

- bu sahədə Vergilər Nazirliyinin institusional potensialının artırılması daxildir.

 


Biznes icmaları və vergi ödəyiciləri ilə görüşlər

 

2018-ci ildə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri paytaxt və regionlarda vergi ödəyiciləri ilə davamlı görüşlər keçiriblər:

“Bu cür tədbirlər nazirliyin bütün ərazi vergi orqanlarında, Milli Gəlirlər Departamenti, Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində təşkil olunub. Biznes icmaları ilə əməkdaşlığa mühüm önəm verən Vergilər Nazirliyi il ərzində Azərbaycanda Amerika Ticarət Palatası, Alman-Azərbaycan Xarici Ticarət Palatasına üzv olan şirkətlərin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil edərək  vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflıq məsələlərini müzakirə edib, iş adamlarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıb”.


Rəqəmsal Ticarət Qovşağı

2018-ci ildə Azərbaycanda elektron ticarətin innovativ platforması olan və e-kommersiya sahəsində dövlət-özəl sektor əməkdaşlığı üçün ən yaxşı modeli hesab edilən  Rəqəmsal Ticarət Qovşağının (RTQ) fəaliyyətinin genişləndirilməsi istiqamətində zəruri addımlar atıldı. RTQ-nin yaradılmasında iştirakçı dövlət orqanlarından olan Vergilər Nazirliyi tərəfindən xarici ölkələrlə elektron imza, o cümlədən “ASAN imza” sertifikatlarının qarşılıqlı tanınması istiqamətində mühüm işlər görüldü. Əcnəbilərə elektron rezidentliyin verilməsi üçün texniki baza formalaşdırıldı və qanunvericilik aktlarının tələbinə uyğun olaraq proqram təminatı hazırlandı. Oktyabrın 24-də qeyri-rezidentlərə ilk dəfə «ASAN imza» (elektron və mobil rezidentlik) təqdim olundu. Əcnəbi investorlara «ASAN imza»nın verilməsinin ölkəmizdə xarici investisiyalı müəssisələrin sayının və iqtisadiyyatın cəlbediciliyinin və xarici investisiyalı hüquqi şəxslərin sayının və coğrafiyasının artımı baxımından mühüm rol oynayır.

Strateji yol xəritələri üzrə görülmüş işlər

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nə uyğun olaraq Vergilər Nazirliyi qarşısında qoyulmuş tapşırıqların icrası davam etdirildi. 5 istiqamət üzrə əsas icraçı, 9 strateji yol xəritəsində 34 istiqamətdə digər icraçı qismində müəyyən edilən nazirlik tərəfindən hazırlanmış tədbirlər planının icrasına əsasən, kiçik və orta sahibkarlığın inkişafında stimullaşdırıcı vasitələrin tətbiqi, biznesin asanlaşdırılması, yoxlamaların təkmilləşdirilməsi,  beynəlxalq reytinqlərdə mövqelərin yaxşılaşdırılması, səmərəli vergi sisteminin təşviq edilməsi, xarici investisiya strategiyasının həyata keçirilməsi, statistika infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlər görüldü. Nazirliyin təqdim etdiyi layihələrə əsasən, qanunvericliyə müvafiq dəyişikliklər edildi.

 

Vergi islahatları beynəlxalq hesabatlarda 

 

Nazirlikdən saytımıza verilən digər məlumata görə, Azərbaycanda mütərəqqi beynəlxalq təcrübənin tətbiqi sayəsində vergi inzibatçılığının təkmilləşdirilməsi, biznesin fəaliyyətinin yaxşılaşmasına şərait yaradan islahatların aparılması nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında yüksək qiymətləndirildi:

“Dünya Bankının hazırladığı biz­nes mühitinin əlverişliliyi üzrə qiy­mət­lən­dirməni əks etdirən «Doing Bu­si­ness 2019» he­sa­ba­tında iki indikator - «Biznesə başlama»  (Starting business) və  «Vergilərin ödənişi» (Paying taxes) birbaşa vergi məsələlərinə aiddir. Azərbaycan hər iki göstərici üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı, “Biznesə başlama” üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə, “Vergilərin ödənilməsi” indikatoru üzrə isə 35-ci yerdən 28-ci yerə yüksəldi. “Biznesə başlama” prosedurları üzrə respublikamız əksər region ölkələrini üstələyir. Azərbaycanda bu göstərici üzrə prosedurların sayı cəmi 2 olduğu halda, Avropa və Mərkəzi Asiya ölkələrində orta hesabla 5, OECD ölkələrində isə 4,8 təşkil edir. Vaxt (gün) göstəricisi Azərbaycanda 3, Avropa və Mərkəzi Asiya ölkələrində 12,1; OECD ölkələrində 9,2-dir. Xərc indeksi üzrə (adambaşına düşən gəlirin faizi) Azərbaycanın əmsalı 1,3;  Avropa və Mərkəzi Asiya ölkələrinin əmsalı 5,3; OECD ölkələrinin əmsalı 3,4-dür. Minimum kapital (adambaşına düşən gəlirin faizi) üzrə respublikamız 0 əmsalına, Avropa və Mərkəzi Asiya ölkələri 5,8; OECD ölkələri 8,8 əmsalına malikdir.
Hesabatın vergiyə aid digər göstərici olan “Vergilərin ödənilməsi” indeksi üzrə respublikamız MDB məkanında ilk yerlərdən birini tutur”.

 

Vergi Məcəlləsinə əlavə və dəyişikliklər

 

2018-ci ildə vergi sahəsində qanunvericiliyin daha əhatəli və geniş şəkildə təkmilləşdirilməsi köklü dəyişikliklər kimi qiymətləndirilə bilər. Milli Məclisin noyabrın 30-da qəbul etdiyi "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanuna əsasən, Vergi Məcəlləsinə 250-dən artıq dəyişiklik edilib. Dəyişikliklər beş əsas istiqaməti əhatə edir:

· sahibkarlığın dəstəklənməsi;

· vergidən yayınmanın və  «kölgə iqtisadiyyatı»nın miqyasının  azaldılması;

· vergitutma bazasının genişləndirilməsi;

· vergi inzibatçılığının təkmilləşdirilməsi;

· mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi.

 
Sonda onu da qeyd edək ki, Prezident İlham Əliyevin dekabrın 20-də imzaladığı fərmana əsasən, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanu təsdiq olundu.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mingəçevirdə avtomobil aşıb, sürücü ağır xəsarət aldı - FOTO 21 İyul 2019, 14:37 Azərbaycan gimnastı Dünya Çempionatında 2 medal qazandı   21 İyul 2019, 14:25 Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır 21 İyul 2019, 14:17 UEFA "Fənərbaxça"nı 2 milyon avro cərimə etdi 21 İyul 2019, 14:05 Bakı-Sumqayıt yolunda "Shacman" aşıb 21 İyul 2019, 13:53 Azərbaycan təmsilçiləri Avroliqaya təyinat alıblar   21 İyul 2019, 13:42 Üç güləşçimiz EYOF-un finalında   21 İyul 2019, 13:31 Şəmkirdə dəhşətli qəza - Sürücünün qolu amputasiya edildi  21 İyul 2019, 13:20 “Qarabağ”ın ÇL-də növbəti oyun üçün - HEYƏTİ 21 İyul 2019, 13:09 Bərdə bazarında 12 mağaza yanıb - Sahibkarlara yarım milyon ziyan dəyib  21 İyul 2019, 12:55 Sabah 41 dərəcə isti olacaq- Nazirlik məlumat yaydı 21 İyul 2019, 12:45 İranda güclü zəlzələ olub 21 İyul 2019, 12:32 “Qəbələ” – “Dinamo” oyununun hakimləri bəlli oldu 21 İyul 2019, 12:23 Ukraynalılar Bakıda səs verir 21 İyul 2019, 12:14 Azərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad Rəhimov 21 İyul 2019, 12:05 Qayınananın SON ARZUSU 21 İyul 2019, 11:54 Bu şirkət 500 min avtomobilini geri çağırır - Yanğın təhlükəsinə görə 21 İyul 2019, 11:44 Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi - Narkotikə görə 21 İyul 2019, 11:34 Elza Seyidcahan deputat olmaq istəyir 21 İyul 2019, 11:23 Erməni əsgərin postda meyiti tapılıb   21 İyul 2019, 11:10 Avropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTO 21 İyul 2019, 10:59 Hindistanda üçbaşlı uşaq dünyaya gəldi - FOTO 21 İyul 2019, 10:48 Tələbə köçürülməsi üçün qeydiyyat başa çatdı 21 İyul 2019, 10:37 Merkelin gəlirləri açıqlandı 21 İyul 2019, 10:26 Yolu keçən piyadanı avtomobil vurub öldürdü 21 İyul 2019, 10:10 Ermənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDU 21 İyul 2019, 09:55 Bərdədə bir-birinə bitişik mağazalar yanıb 21 İyul 2019, 09:43 İnsanı ağıllı edən 3 sadə hobbi 21 İyul 2019, 09:34 Nazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdi   21 İyul 2019, 09:25 Teymur Rəcəbov beynəlxalq turnirdə növbəti dəfə heç-heçə edib 21 İyul 2019, 09:13 XV Avropa Gənclər Olimpiya Festivalının ilk yarış günü - CƏDVƏL 21 İyul 2019, 09:00 Nəzarətsiz ərazidə çimən 9 nəfər xilas olundu 21 İyul 2019, 08:45 Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir   21 İyul 2019, 08:31 Türkiyə polisi 217 cinayətkarı saxladı 21 İyul 2019, 00:36 Polis gücləndirilmiş rejimə keçdi 21 İyul 2019, 00:16