Arxiv
27 Dekabr 2018, 10:44 | AKTUAL
Mir Cəlal Paşayevin 110 illik yubiliyinə həsr olunmuş SƏRGİ

25 dekabr 2018-ci il tarixində Qalereya 1969 (Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonu) da Azərbaycan yazıçısı, əməkdar elm xadimi, filologiya elmləri doktoru, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş rəsm sərgisi keçirildi.

 

Modern.az xəbər verir ki, tədbirdə Binəqədi Rayonu İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor Ağaəli İbrahimov, Azərbaycan Respublikasının xalq rəssamı Arif Hüseynov, “Ədibin evi”nin nümayəndəsi Elnur İmanbəyli, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəsissələrinin direktorları, sərgidə rəsm əsərləri nümayiş etdirilmiş məktəblilər iştirak etdilər.

 

İlk olaraq qonaqlar Binəqədi rayon məktəblilərinin əl işlərindən ibarət, ədibin həyat və yaradıcılğını əks etdirən rəsm əsərləri ilə tanış oldular. Binəqədi Rayonu İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva tədbirin əsas məqsəd və qayəsi haqqında iştirakçılara məlumat verdi. Natiq XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayevin çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi müstəsna və özünəməxsus yer tutduğunu bildirdi. Daha sonra tədbir iştirakçıları layihə ilə bağlı videoçarxı izlədilər.

 

Çıxış üçün söz verilən Ağaəli İbrahimov qeyd etdi ki, Mir Cəlal Paşayevin yetmiş illik ömrünün tam yarım əsrini çətin, lakin mənalı, şərəfli bədii, elmi və pedaqoji yaradıcılıq işinə həsr etməsi bu ömrün  mənalı ,eyni zamanda ölməzlik zirvəsinə yüksəldən əsas amillərdən biridir.

 

Çıxış edən Arif Hüseynov Mir Cəlal Paşayevin ədəbiyyat üçün doğulduğunu bildirdi. Natiq Onun insanda sağlam duyğular, xoş arzu- ümidlər oyadan, haqsızlığa, nöqsan, eybəcərlik və mənfiliyə qarşı mübarizəyə çağıran əsərlərinin ədəbiyyatla, əbədiyyat arasında qurulmuş körpünün ən sağlam dayaqlarını təşkil etdiyini bildirdi.

 

Çıxış üçün söz verilən Vüqar Zeynalov yazıçının yumoristik və satirik əsərlərindən söhbət açdı.Mir Cəlalın lirik əsərlərində də çox vaxt mənalı gülüş, tənqidi ruhun əsas yer tutduğunu qeyd etdi.

 

Çıxış edən Hüseyn Əsgərov cəmiyyətin sağlamlığını ailənin möhkəmliyində görən Mir Cəlalın bu ümdə amalı aşılamaq üçün ömrünün sonuna kimi yazmağa davam etdiyindən danışdı.

 

Çıxış üçün söz verilən Fərid Cəfərov ədibin yaradıcılığının əsas qayələrindən birini insani, tərbiyəvi-əxlaqi dəyərlər olduğunu qeyd etdi.

 

Elnur İmanbəyli İlk mənzilinin Azərbaycanın güneyi, son mənzili isə qüzeyi olan Mir Cəlalın həyat və yaradıcılığının Azərbaycanın bütövlük simvolu olduğunu bildirdi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin iqamətgahını auksionda satdılar 14 Dekabr 2019, 00:54 Bu il 75 KİV əməkdaşı öldürülüb 14 Dekabr 2019, 00:39 Trampın impiçmentinin 2 maddəsi təsdiqləndi 14 Dekabr 2019, 00:20 Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin mükafatlandırılmasında - FOTO 14 Dekabr 2019, 00:03 Reyhan Camalovadan daha bir uğur 13 Dekabr 2019, 23:44 Bakıda Finlandiyanın milli bayramı qeyd olundu 13 Dekabr 2019, 23:24 Azərbaycan nefti bahalaşdı 13 Dekabr 2019, 23:08 İsa Qəmbərin oğlu deputatlığa namizədliyi irəli sürdü - FOTO 13 Dekabr 2019, 22:53 TBMM-dən ABŞ Senatının “erməni soyqırımı” qərarına etiraz 13 Dekabr 2019, 22:36 İlyas İsmayılov bağışlamadı: “Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” 13 Dekabr 2019, 22:17 Rusiyada İŞİD üzvləri yaxalandı 13 Dekabr 2019, 22:01 Dilarə Seyidzadə region gəncləri ilə görüşdü - FOTO 13 Dekabr 2019, 21:47 Baş nazir ölkəsini Breksitə hazır olmağa çağırıb 13 Dekabr 2019, 21:33 Prezident İlham Əliyev Boris Consonu təbrik edib 13 Dekabr 2019, 21:18 Türkiyə millisi Azərbaycanla oynayacaq 13 Dekabr 2019, 21:02 170 mindən çox ev işıqsız qaldı - SƏBƏB 13 Dekabr 2019, 20:46 Milliyə yeni baş məşqçi gətirilir - İDDİA 13 Dekabr 2019, 20:32  Gürcüstanın Azərbaycana 6,874 milyon dollar borcu var 13 Dekabr 2019, 20:18 Azərbaycanlı gənc xanım Harvardda təhsil alacaq - FOTO 13 Dekabr 2019, 20:03 Dörd ev və bir çayxanadan oğurluq edən şəxs tutulub 13 Dekabr 2019, 20:01 Ağstafada itkin düşən qızın Gəncəyə qaçırıldığı məlum olub 13 Dekabr 2019, 19:52 Rüstəm Orucov Çində bürünc medal qazandı 13 Dekabr 2019, 19:43 Güləşçimiz erməni rəqibini məğlub edib medal qazandı 13 Dekabr 2019, 19:34 Azərbaycan və Kolumbiya XİN başçıları arasında məktub mübadiləsi olub 13 Dekabr 2019, 19:25 Sədr müavini diplomatlara mühazirə deyib - FOTOLAR 13 Dekabr 2019, 19:16 Rektor qanvermə aksiyasında iştirak etdi - FOTO 13 Dekabr 2019, 19:11 “Ermənistanın Xarici İşlər naziri görüşlərə sanki çay içməyə gəlir” - XİN-dən AÇIQLAMA 13 Dekabr 2019, 19:02 Məhərrəm Quliyev problemlərin araşdırılması ilə bağlı tapşırıqlar verdi - FOTO 13 Dekabr 2019, 18:56 İcra başçısı yeni binanın tikintisi ilə tanış olub - FOTO 13 Dekabr 2019, 18:47 Nazirlik məktəbdə baş verən yanğınla bağlı məlumat yaydı - FOTO   13 Dekabr 2019, 18:40 Rəsmi İrəvanın açıqlamasına Qarabağ İcmasından cavab: Diplomatiyamızın uğurlarını etiraf edirlər 13 Dekabr 2019, 18:36 Nazir müavini məcburi köçkün məktəblərinin direktorlarını topladı - FOTO 13 Dekabr 2019, 18:31 Nazirlik ilə BP Anlaşma Memorandumu imzalayıb 13 Dekabr 2019, 18:24 Əbülfəs Qarayev Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb 13 Dekabr 2019, 18:17 Azərbaycan Xarici İşlər Nazirliyi: “ABŞ Senatının qətnaməsi qərəzli sənəddir” 13 Dekabr 2019, 18:12