Arxiv
27 Dekabr 2018, 10:55 | ÖLKƏ
Nazirlikdən pensiya dəyişiklikləri barədə AÇIQLAMA: 36 min nəfərə artım hesablanacaq

“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi pensiya təyinatı sahəsində xidmətlərin elektron qaydada təşkilinə, sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Qanununu təsdiq edərək, həmin qanunun tətbiqi və “Əmək pensiyaları haqqında” Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 21 dekabr 2018-ci il tarixli Fərman imzalayıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, imzalanan bu sənədlər Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılmasına və bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə, vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsinə, nəticədə pensiya təyinatı sahəsində vətəndaş məmnunluğuna nail olunmasına xidmət edir.

“Əmək pensiyaları haqqında” qanunda edilmiş dəyişikliyə əsasən, 2019-cu ilin əvvəlindən pensiya hüququ yaranmış şəxslərin 70 faizinin pensiya təyinatı avtomatlaşdırılmış qaydada aparılacaq. Bu da pensiya hüququ yaranan vətəndaşların həmin hüquqlarını rahat şəkildə reallaşdırması ilə onların məmnunluğuna səbəb olacaq. Belə ki, pensiya, şəxsə onun pensiya hüququnun yarandığı gün təyin ediləcək və onun sistemdə mövcud olan əlaqə vasitələrinin birinə pensiyanın təyin olunması, təyin edilmiş pensiyanın məbləği, pensiyanı almaqdan ötrü ödəniş kartını əldə etmək üçün nə zaman və hansı banka müraciət etmələri barədə sms vasitəsilə məlumat veriləcək.

Pensiya təyin olunması üçün vətəndaşın müraciətinə, onun fiziki iştirakına ehtiyac olmayacaq, ondan heç bir sənəd tələb edilməyəcək. Bu sahədə vətəndaş-məmur təması və süründürməçilik tam aradan qalxacaq, şəffaflıq və operativ pensiya təyinatı təmin ediləcək. Müvafiq sahədə idarəetmə tam elektron texnologiyalar üzərində müasir və səmərəli təşki olunacaq.

Eyni zamanda, 2019-2020-ci illərdə yaşa görə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanacaq. Həmin 25 illik stajın və eləcə də 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunacaq. (Əgər vətəndaşın 2006-cı ilədək faktiki sosial sığorta stajı 25 ildən çox olarsa, onların faktiki sosial sığorta stajı nəzərə alınacaq.)

2021-ci ildən isə qanunla müəyyən edilmiş yaş həddinə çatan şəxslərə yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq. Məsələn, 2021-ci ildə həmin sığorta stajı artıq 25 il deyil, 24 il, 2022-ci ildə 23 il, 2023-cü ildə 22 il və s. hesablanacaq.

Əlillik qrupu müəyyən edilmiş şəxslərə isə əlilliyə görə əmək pensiyası təyin edilərkən onların 2006-cı ilədək olan sığorta stajı həmin dövrə aid əmək qabiliyyətli yaş dövrünün (15 yaşdan sonra) hər ili üçün 4 ay götürülməklə nəzərə alınacaq. Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən isə pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı yanvarın 1-dək olan sığorta stajı da həmin dövrə aid əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanacaq.

2019-cu ildə 19,5 min nəfərədək vətəndaşın yeni dəyişikiklərlə bağlı əmək pensiyası hüququ əldə edəcəyi və onların gəlirlərinin 48 faiz artacağı gözlənilir. Ümumlikdə bu islahatla bağlı gələn il təxminən 36 min nəfərin aylıq pensiyasında artım olacağı gözlənilir.

Rəsmi məlumata görə, növbəti ildə əmək pensiyası hüququ yaranacaq şəxslərdən 30 faizinə isə pensiya təyinatının avtomatlaşdırılmış qaydada aparılması şamil olunmayacaq. Həmin şəxslərin sırasına 2006-cı ildən 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabında heç bir pensiya kapitalı qeydə alınmayanlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. kateqoriyadan olanlar daxildir. Lakin gələn il ərzində həmin kateqoriyadan olan vətəndaşların pensiya təyinatının avtomatlaşdırılması üçün həm qanunvericilikdə, həm də aidiyyəti qurumlarla birgə elektron proqram təminatının qurulması istiqamətində işlər aparılacaq.

“Əmək pensiyaları haqqında” qanunda edilmiş dəyişiklik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahə ilə bağlı uğurlu sosial siyasətinə uyğun olaraq, pensiya təminatı sisteminin müasir iş və xidmət prinsipləri üzərində qurularaq yaxşılaşdırılmasına, pensiyaçıların maraqlarının dolğun şəkildə təminatına şərait yaratmaqla, ümumən ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsində növbəti mühüm addımdır. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafadakı dəhşətli cinayətin görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Nazirlik və komitələrdə çalışanların aylıq pul təminatında artım oldu - SİYAHI 18 İyun 2019, 19:49 Büdcə təşkilatlarında çalışanların da əməkhaqları artırıldı - SİYAHI 18 İyun 2019, 19:38 Prezident müəllimlərin maaşını 20 faiz artırdı 18 İyun 2019, 19:35 Minimum əməkhaqqı artdı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55