Arxiv
29 Dekabr 2018, 12:56 | HADİSƏ
Beyləqanda Heydər parkını hissə-hissə satan icra başçısı kim olub? - Rəsmi AÇIQLAMA verildi

Dünən bir neçə KİV-də Beyləqan rayonundakı Heydər Əliyev parkının hissə-hissə satılması barədə məlumat yayılıb. Həmin məlumatlarda qeyd edilib ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 21 may 2001-ci il tarixli 18 nömrəli sərəncamına əsasən, sonradan Heydər Əliyevin adı verilmiş “Mədəniyyət və istirahət parkı”nın ərazisi ölçülərək müəyyən edilib ki, onun əhatə etdiyi sahə 4,21 hektardır. "Hazırda həmin park cəmi 2 hektar ərazini təşkil edir. Heydər Əliyev parkının ərazisi heç bir tikili olmadığı halda 30 bina sahəsi göstərilərək 3440 kvadrat metr park ərazisi Abdullayev Vahid Cəmil oğlunun adına qeyri-qanuni olaraq qeydiyyatdan keçirilib. Bundan başqa, qeyd edilən parkın ərazisindən Vahid Abdullayevin oğlu Asəf Abdullayevin adına 0,24 ha torpaq sahəsi verilib", məlumatda vurğulanıb.

 

Məsələ ilə bağlı Beyləqan rayon İcra Hakimiyyətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki,rayon sakini Zalov Lətif Məhəmməd oğlu və bir qrup şəxs tərəfindən Beyləqanın mərkəzində yerləşən Heydər Əliyev parkının bir hissəsinin sabiq icra başçısı Vaqif Abdullayev və Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı Ərazi İdarəsinin sabiq rəisi Aydın Ramazanov tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vahid və Asəf Abdullayevlərə satılması barədə Azərbaycan Prezidentinə ünvanlanmış kollektiv müraciət şikayətçilərin, eləcə də qeyri-yaşayış binası tikən sahibkarların iştirakı ilə yerində araşdırılıb.


Araşdırma zamanı müraciət müəllifləri, eləcə də ərazidə qeyri-yaşayış binası tikən hər iki sahibkar adı çəkilən ərazinin Heydər Əliyev  parkının ərazisinə aid olduğunu etiraf ediblər.


"Məlumat üçün bildiririk ki, elektron kadastr baza məlumatlarına uyğun olaraq Heydər Əliyev parkının əvvəlki ərazisi 4,21 hektar olmuşdur. Lakin sonradan rayon İcra Hakimiyyəti başçısının (İrşad Əliyev) 28 noyabr 2011-ci il tarixli, 190 nömrəli sərəncamına uyğun olaraq, Qarabağ Əlilləri və Şəhid ailələri üçün 6 mərtəbəli, 54 mənzilli yaşayış binasının tikintisi altına 0,70 hektar, rayon İcra Hakimiyyəti başçısının (Vaqif Abdullayev) 12 dekabr 2012-ci il tarixli, 170 nömrəli sərəncamına uyğun olaraq Beyləqan rayon Polis şöbəsinin inzibati binasının tikintisi altına 0,87 hektar, rayon İcra Hakimiyyəti başçısının (Vaqif Abdullayev) 30 oktyabr 2013-cü il tarixli, 195 nömrəli sərəncamına uyğun olaraq Abdullayev Asəf Vahid oğluna qeyri-yaşayış obyekti tikmək məqsədilə 0,24 hektar və rayon İcra Hakimiyyəti başçısının (Vaqif Abdullayev) 28 dekabr 2013-cü il tarixli, 244 nömrəli sərəncamına uyğun olaraq sahibkar Abdullayev Vahid Cəmil oğluna qeyri-yaşayış obyekti tikmək məqsədilə 0,344 hektar torpaq sahəsi ayrılıb.

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyestri xidməti tərəfindən ​qeyri-yaşayış obyektinin tikintisi üçün istifadələrinə torpaq sahəsi ayrılmış Abdullayev Asəf Vahid oğluna 29.01.2014-cü il tarixdə RX seriyalı 0287659 nömrəli və Abdullayev Vahid Cəmil oğluna isə 30.07.2014-cü il tarixdə RX seriyalı 0434573 nömrəli çıxarışlar verilib.

 

Bununla yanaşı, parkın mövcud ərazisindən rayon İcra Hakimiyyəti başçısının (Vaqif Abdullayev) 26 aprel 2012-ci il tarixli, 53 nömrəli sərəncamına uyğun olaraq Heydər Əliyev Mərkəzinini tikintisi altına 800 kv.m, rayon İcra Hakimiyyəti başçısının (Vaqif Abdullayev) 12 fevral 2013-cü il tarixli, 42 nömrəli sərəncamına uyğun olaraq Gənclər Mərkəzinin tikintisi altına 810 kv.m, rayon İcra Hakimiyyəti başçısının (Vaqif Abdullayev) 29 dekabr 2013-cü il tarixli, 245 nömrəli sərəncamına uyğun olaraq Uşaq bağçasının tikintisi altına 1200 kv.m, rayon İcra Hakimiyyəti başçısının (Vaqif Abdullayev ) 29 dekabr 2013-cü il tarixli, 245a nömrəli sərəncamına uyğun olaraq Şahmat məktəbinin tikinti altına 286,82 kv.m, rayon İcra Hakimiyyəti başçısının (Vaqif Abdullayev) 14 oktyabr 2015-ci il tarixli, 111 nömrəli sərəncamına uyğun olaraq Bayraq Muzeyinin tikintisi altına 800 kv.m torpaq sahəsi ayrılaraq tikinti işləri aparılmış, bu səbəbdən də parkın istirahət məqsədilə nəzərdə tutulmuş ərazisi əhəmiyyətli dərəcədə azalmışdır.

 

Rayon İcra hakimiyyəti tərəfindən (Vaqif Abdullayev) 07 sentyabr 2018-ci il tarixdə, 1/181 nömrəli məktubla Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunaraq Heydər Əliyev adına parkın ərazisinin baş planının mövcud vəziyyətə uyğun işlənilməsi xahiş olunmuş, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən parkın yeni baş planı hazırlanıb 2,30 hektar olduğu müəyyən edilmiş və ərazinin yeni baş planı elektron kadastr məlumat bazasına daxil edilmişdir".

 

Beyləqan rayon İcra Hakimiyyətindən daha sonra qeyd edilib ki, yayılan xəbərlər yeni icra başçısı Asif Ağayevin dövründə baş verməyib:

“Bu məsələlər Asif Ağayev icra başçısı təyin edilməzdən əvvəl olub. Məsələ ilə bağlı Asif Ağayev yeni icra başçısı təyin olunduqdan sonra müvafiq qurumlara məlumat verib”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 Yasamalda mənzildə iki  meyit aşkarlandı 20 İyul 2019, 00:14 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25 Neft Fondunun gəlir və xərcləri təsdiqləndi -SƏRƏNCAM 19 İyul 2019, 19:15 Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN 19 İyul 2019, 19:06 Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN 19 İyul 2019, 18:58 Azercell ödənişsiz göz müayinələri təşkil etdi   19 İyul 2019, 18:49 Prezident məhkəmə sədrini vəzifəsindən azad etdi - SƏRƏNCAM 19 İyul 2019, 18:42 Qəbul imtahanının yeganə rekordçusu Səbinə: “Müəllimlərim məni təmənnasız hazırlayıblar”   19 İyul 2019, 18:35 Azərbaycanda hakimlərlə bağlı yeni SƏRƏNCAM 19 İyul 2019, 18:27 Bu nazirliyiə övladlığagötürmə ilə bağlı yeni səlahiyyətlər VERİLDİ 19 İyul 2019, 18:19 Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi 19 İyul 2019, 18:10 Dövlət Komitəsi aparatının işçilərinin sayı artırıldı 19 İyul 2019, 18:02 SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı 19 İyul 2019, 17:55 230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb   19 İyul 2019, 17:47