Modern.az

Türkiyədə təyyarə qəzası

Türkiyədə təyyarə qəzası

Aktual

1 Yanvar 2019, 20:46

Türkiyədə təyyarə qəzası qeydə alınıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kocaeli ilində təlim təyyarəsi qəzaya uğrayıb.

Məlumata görə, "CESNA" tipli təkmotorlu təyyarədə iki nəfər olub. Təyyarənin pilotu xəsarətlər alıb.

Hadisə yerli vaxtla 14:30-da baş verib. Qəzaya səbəb təyyarənin mühərrikində nasazlıq göstərilir.

Yaralanan pilot xəstəxanaya çatdırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə