Arxiv
4 Yanvar 2019, 08:18 | MƏDƏNİYYƏT
Ruhumuzun körpə vaxtında...

Səsdə böyük qüdrət olduğuna hamımız şahidlik etmişik. Səs adamı döyüşə qaldıra, kövrəldə, ağlada da bilir. Bu ilahi möcüzənin sehrinə düşdünsə, ruhun pərvazlanıb göylərdə süzəcək…

Bəli, SƏSin ucaltdığı ifaçılar, müğənnilər çox olub…

...Kim deyir, mərdlik kişilərə xasdır, kişilərə aiddir. Mərdlik dəyərdir, qadınlarda da olur- onda da var…

...Gözəllik- Allahın bəndəsindən əsirgəmədiyi lütf- onda da var…

...Kübarlıq- vücudu ruha təslim edən güc- onda da var…

Deyir ki, Türkiyədə istirahət edirdi. Şabalıd satan bir gəncə yaxınlaşıb, şabalıd aldı. Bu gəncin azərbaycanlıya oxşadığını görüb, haralı olduğunu dəqiqləşdirmək üçün sual verdi. Cavabında dedi ki, azərbaycanlıdır. Rayonların birində müəllim işləyir. Üç ay, yay tətilində Türkiyəyə gəlib alver edir ki, yeni qurduğu ailəni dolandıra bilsin…

Fikrini elə tərzdə ifadə edir ki, dilindən qopan kəlmələr sahibinə çata bilsin. Buna ancaq nadanlar ağız büzər. Ondan fərqli olaraq, kişi həmkarı isə müəllimlərin işdən sonra gedib mala çəkib pul qazanmasını, divar hörməsini tövsiyə edirdi. Bu qadının mərdliyi, o da kişinin…

...Çox adamlara əl tutub. Hələ sovet dönəmində, SSRİ Ali Sovetinin deputatı olanda şəxsən tanıdığım bir nəfəri ölüm cəzasından qurtarmışdı…

...Bəzilərindən fərqli olaraq, özünü reklam etmədən kimsəsizlərdən, şikəstlərdən heç vaxt köməyini əsirgəməyib. Nə qədər ehtiyacı olanı sevindirdiyinin sayını özündən, bir də uca Tanrıdan başqa heç kim bilə bilməz. Ola bilsin ki, kiminsənin haqqı özünə çatmayıb. Amma haqq onda yox, arada itmiş olar…

...Əlbəttə ki, gözəldir. Bir əsrdən 18 il kəm yaşı var. Cavanlıq təravəti, qadın gözəlliyi hələ də boyuna biçilib, ona etibarlı qalıb, sədaqət göstərib…

…Kübardır, lazım bilmədiyi yerdə görünüb ucuz gündəmə qaçmaz. İctimai çəkini, nüfuzu, illərlə qazanılan şöhrəti qorumaq, qazanmaqdan daha çətindir…

Zeynəb Xanlarova- Azərbaycan operasının Leylisi, Əslisi! Yeniyetmə çağlarımda, gənclik illərində adı gələndə minlərlə həmyaşıdım kimi, tələsik sehirli qutunun qarşısına yüyürdüyüm, sevə-sevə dinlədiyim xanım. Sizə sevənlərinizin mənəvi borcu var- ruhumuzun körpə, ac vaxtlarında, musiqi zövqümüzün formalaşmasında göstərdiyiniz xidmətə görə... 

...Görəsən, bu balaca yazıyla borcunuzu ödəyə bildikmi?..

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Prezident hərbçilərin aylıq pul təminatını artırdı - YENİLƏNİB 18 İyun 2019, 19:49 Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırılır 18 İyun 2019, 19:38 Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları 20 faiz qaldırıldı 18 İyun 2019, 19:35 Minimum aylıq əməkhaqqı artırıldı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55 “İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır” - VİDEO 18 İyun 2019, 17:45 Rövşən Rzayev vətəndaşları qəbul edib 18 İyun 2019, 17:23 Azərbaycandan 128 kiloqramdan çox narkotik keçirmək istədi... 18 İyun 2019, 17:22 Manat və dolların məzənnəsi   18 İyun 2019, 17:16 Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı 18 İyun 2019, 17:05 Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi 18 İyun 2019, 17:01 Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb   18 İyun 2019, 16:58 Yadlar arasında özgə olmaqdansa... 18 İyun 2019, 16:51 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu 18 İyun 2019, 16:51 Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28 Dövlət əmlakları özəlləşdirildi 18 İyun 2019, 16:15 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü 18 İyun 2019, 16:03 4-5 danışan deputat var, ancaq onlar söyülür - Gülünc olmayaq... 18 İyun 2019, 16:01 Məktəb direktoru  işdən çıxarıldı 18 İyun 2019, 15:38