Arxiv
4 Yanvar 2019, 14:28 | MEDİA
Bizimkilər: “Jurnalistikaya qəbul olunanda ağlayırdım” - FOTOLAR

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı Azvision.az saytının müxbiri Aytən Zəhradır.

 

Bağırova Aytən Şöhrəddin qızı 1989-cu il aprel ayının 29-da Sumqayıt şəhərində dünyaya göz açıb. 1995-ci ildə Sumqayıt şəhər 28 nömrəli orta məktəbə daxil olub, 2006-ci ildə həmin məktəbi bitib. Həmin il qəbul imtahanlarında 606 bal toplayaraq Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. 2010-cu ildə BDU-dan məzun olandan sonra həmin ilin noyabrında Modern.az saytında işə başlayıb. 2011-ci ildə isə Bakı Slavyan Universitetinə magistraturaya qəbul olunub, 2013-cü ildə isə bitirib. 2016-ci ilin iyunun 1-ə qədər Modern.az saytında işləyib. Həmin gündən bu günə kimi fəaliyyətini Azvision.az saytında davam etdirir. Ailəlidir, 1 övladı var.  

 

-  Bu sahəni seçməyindən danışmağını istərdik? Niyə jurnalistika?

 

- Əslində mən həkim olmaq istəyirdim, lakin, qan qorxusu, insanların cərrahi əməliyyatları, hər hansı yara, kəsik, yanıq yerlərinin olması gözümün qarşısında gəldi və özümü çox pis hiss elədim. Ona görə həkim olmaqdan imtina etdim. 9-cu sinifdən fikrimi tamamilə dəyişdim. Jurnalistikaya bir qədər meylim var idi. O vaxtı evdə olan qəzetləri götürüb diktor kimi oxuyurdum. Daha sonra ANS TV-dən, Qənirə Paşayeva, Mirşahindən təsirlərindim və bu peşəni seçdim. O illərdə jurnalistikaya gələnlərin əksəriyyəti belə idi. Ona görə də gələcəkdə işləyəcəyim sahələrdən biri kimi jurnalistikanı qəbul olacağım ixtisaslar arasına yazmışdım. Bizim vaxtımızda qəbul qaydaları tamamilə başqa idi. Əvvəlcədən 8 fənn yazırdıq və imtahan verib nəticələrimizə uyğun harasa düşürdük. Əminliklə Azərbaycan Dillər Universitetinin “Tərcüməçilik” ixtisasına qəbul olacağımı gözləyirdim, çünki 606 bal toplamışdım. Amma həmin ili suallar asan olduğu üçün nəticələr çox yaxşı idi. Nəticədə 3-cü yazdığım BDU-nun Jurnalistika ixtisasına ödənişsiz əsaslarla qəbul olundum. Bizim dövrümüzdə bu fakültənin də balları yüksək idi, hər bir şəxs daxil ola bilmirdi. Hamı məni təbrik edir, mən isə məyus olduğum üçün ağlayırdım. Amma sonra jurnalistikanı sevdim, fikirlərimdə, həyata baxışlarımda çox şeyi dəyişib.

 

 -  Aytən Zəhra imzası ilə yazırsan. Nəyə görə imzanı qızının adı ilə tanıtmaq qərarına gəldin?

 

- Ailə həyatı qurana qədər və ondan sonra “Aytən Əliyeva” imzası ilə yazmışam. Məni də hamı belə tanıyırdı. Lakin qızım dünyaya gələndən sonra imzamı dəyişdim. Ona qədər hamı mənə hər hansı təxəllüs seçməyimi deyirdi, amma bunda məna görmürdüm. Qızım dünyaya gələndən sonra isə imzam dəyişmək mənim üçün daha anlamlı oldu. Zəhram mənim həyatımda hər şeyi dəyişə biləcək gücə malik olduğunu ilk saniyələrdən göstərib.

 

- Onlayn mediada operativliyinlə seçilirsən. Necə düşünürsən, jurnalistikanın digər sahələrində də asanlıqla uğur qazana bilərsən?

 

- Bunu eşitmək xoş oldu. Düşünürəm ki, qəzetdə və televiziyada da çalışsam uğur qazanaram. Amma mənim üçün onlayn media çox rahatdı.

 

- Sənə ən çox nə ilə bağlı irad tuturlar?

 

- Elə onlayn medianın hər şeyi tələsik yazıb verilməsi ilə bağlı. Çünki tez-tez yazıram və hərf səhvlərim çox olur, bəzən başa düşülmür və təkrarən soruşulur. İradlar operativ məlumatları çatdıran zaman hərf səhvləri ilə bağlı olur.

 

- Jurnalistikaya gələndə yazdığın ilk yazını xatırlayırsan?

 

- İlk mütəmadi iş yerim Modern.az saytı olub. Orada isə ilk yazını yazmağı Əfqan müəllim (Əfqan Qafarlı) mənə tapşırmışdı. Qadınların şiddətə məruz qalması, məişət zorakılığı ilə müsahibə götürməyimi demişdi. Amma ona qədər bir sıra yerlərdə yazılarım da çıxıb, televiziyada reportajım olub və radioda mədəniyyət xəbərləri oxumuşam.

 

- İllərdir jurnalistikadasan, bu sahədə başına gələn maraqlı bir hadisəni danışmağını istərdik.

 

-  O qədər gülməli hadisələr olub. Amma indi xatırlaya bilmirəm. Ötən il Novruz bayramı ilə əlaqədar süjetə “stand up” çəkirdik. 2017-ci ilin Novruz bayramında dünyaya gələn dəvə də karvandadır, amma onu güclə saxlayırlar. “Stand up” elədiyim yerdə dəvə arxadan üstümə gəldi, az qalmışdı ki, məni tapdalasın. Operatorla, fotoqraf məni qolumdan tutub çəkməsəydi, yəqin mənim xəbərim yazılardı. 
Bir dəfə də Modern.az-da elmlə bağlı yazı yazıram, AMEA-da hansısa bölmədən rəhbərə zəng edirəm. Telefonu başqası götürüb və onun olmadığını deyir. Mən isə təkidlə nömrəsini istəyirəm ki, danışım yazını bitirim. Mənə dedilər ki, o biri dünyada nömrə olsaydıq verərdik, halını da soruşardın. Kişi ölüb, amma adını saytdan çıxartmayıblar.

 

- Həm bakalavr, həm də magistr təhsilini jurnalistika sahəsində almısan, bunun iş həyatında faydasını görmüsən?

 

- Bakalavr pilləsində jurnalistika mənim baxışlarımı, fikirlərimi dəyişdirdi. Bunu digər ixtisaslarda oxuyan uşaqlarda görmək mümkün deyil. Jurnalistikanı bitirən şəxslərin hər bir hadisəyə tamamilə başqa yanaşması olur, hər prizmadan hadisəni qiymətləndirirlər, məsələyə birtərəfli baxmırlar. Bu əksərlərinə aiddir. Magistratura isə mənə Bakı Slavyan Universitetində (BSU) həmin vaxtı işləmiş çox dəyərli şəxsləri, müəllimləri tanıtdı.

 

- Heç jurnalistikadan getməklə bağlı düşünmüsən?

 

- Bir gün bu ola bilər.

 

- Xasiyyətin necədi?

 

-  Xasiyyət məsələsində vəziyyət belədir: məni bir dəfə görənlərin və ya ilk dəfə tanıyanların heç də hamısı birmənalı olaraq müsbət və ya mənfi yanaşmırlar. Bəzən məni sevirlər, bəzən də qıcıq olurlar. Amma yaxınlaşanda, qaynayıb-qarışandan sonra fikir təbii ki, yaxşılığa doğru dəyişir. Pisniyyətli, kinli, dalaşqan olmadığımı görüb, dostlaşırlar. Xasiyyətimi qıraqdan mənə baxanlar bilər. Mən o qədər deyim ki, çox yaxşıdır, qıraqdan məni sevənlər və sevməyənlər var. Məni uzaqdan tanıyanların mənimlə bağlı fikirləri birmənalı olmayıb. Amma yaxından tanıyanlar məni, xasiyyətimi sevir.

 

-  Hansı yazıları yazanda özün də zövq alırsan?

 

-  Nəyisə araşdırıb yazmağı sevirəm. Düzdür, buna indi vaxt, zaman yoxdur, çünki hər informasiya tez bir vaxtda istənilir.

 

- Ailə həyatı iş həyatına əngəl törədirmi?

 

- Ailən səni başa düşürsə, həyat yoldaşın səninlə qürur duyursa və sənin işindən zövq aldığını görüb o da sevinirsə, niyə əngəl yaradır ki? Digər sahələrdə işləyənlər üçün iş 6-da bitir. Jurnalistika isə mənimlə hər yerdərir. Hər hadisədə ilk ağlıma onu yazmaq, şəklini çəkmək olur. Ailəm isə bu işdə mənə dəstəkdir.

 

- Bu sahə sənə nələri qazandırıb?

 

- Bu sahə mənə iş, həyat təcrübəsi, dostlar qazandırıb və bir çox insanları tanımaq imkanı yaradıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafadakı dəhşətli cinayətin görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Nazirlik və komitələrdə çalışanların aylıq pul təminatında artım oldu - SİYAHI 18 İyun 2019, 19:49 Büdcə təşkilatlarında çalışanların da əməkhaqları artırıldı - SİYAHI 18 İyun 2019, 19:38 Prezident müəllimlərin maaşını 20 faiz artırdı 18 İyun 2019, 19:35 Minimum əməkhaqqı artdı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55