Arxiv
5 Yanvar 2019, 09:42 | QARABAĞ
Qarabağ icmasının sədri prodüserlərə etiraz etdi

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının sədri Tural Gəncəliyev işğal olunmuş ərazilərimizdə çəkilən “Gate to Heaven” adlı filmin prodüserlərinə etiraz məktubu ünvanlayıb.

 

Modern.az-ın xəbərinə görə, Kestutis Drazdauskasa və Anqelika Şulerə ünvanlanmış məktubda deyilir: “Mən, Sizə Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində "Cənnətə aparan yol" filminin çəkilişində iştirak etdiyinizə görə yazıram.

 

Bu filmi "Cəhənnəmə aparan yol" kimi adlandırmaq daha doğru olardı, çünki çəkilişin aparıldığı ərazilər güc tətbiqi nəticəsində işğal edilmiş və tarixən orada yaşayan yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi qovulmuşdur.

 

Siz, yəqin ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazilərinin, Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonun işğal edilməsindən xəbərdarsınız. Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlı əhalinin etnik təmizləməsini həyata keçirməsi nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Hazırda Dağlıq Qarabağın azərbaycanlı icmasının 80 mindən çox üzvü 30 ildən çox müddət ərzində Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşamağa məcbur olmuşdur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı adlanan kiçik bir şəhərin azərbaycanlı əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qanlı faciəni, oxşarı olmayan qırğını xatırlatmaq kifayətdir ki, bir gecə ərzində - 1992-ci il fevralın 26-da 613 nəfər xüsusi qəddarlıqla öldürülmüş, onlaradan 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlılar idi. Bu faciə Xocalı soyqırımı kimi tanınmış və bu soyqırım barədə ətraflı məlumatları müxtəlif veb-səhifələrdən, o cümlədən http://www.karabakh.az/ səhifəsindən əldə etmək olar”.

 

Məktubda xatırladılıb ki, BMT Təhlükəsizlik Şurasının (1993-cü il) qətnamələri Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

 

Bu tələb ATƏT, NATO, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələri və qərarlarında təsdiqlənib:

 

“Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması, işğal olunmuş torpaqlarımızda film çəkilməsi təşəbbüsü ilə bağlı dərin təəssüf hissi keçirir, bu addımın artıq erməni hərbi işğalı nəticəsində dağıdılan bölgədə separatizmi və irredentizmi dəstəkləyəcəyini düşünürük. Utandırıcı haldır ki, sizin iştirak etdiyiniz layihə Ermənistanın hərbi təcavüzü nəticəsində məcburən öz torpaqlarından qovulmuş minlərlə azərbaycanlının əsas insan hüquqlarının (öz vətənlərində yaşamaq hüququ, mülkiyyət hüququ və s.) kobud şəkildə pozulmasına məhəl qoymur. Əslində, qeyd olunan filmin çəkilişində iştirak etməklə siz Azərbaycan ərazilərinin işğalının möhkəmlənməsinə şüursuz şəkildə kömək etmiş olursunuz.

 

Biz münaqişənin tezliklə sülh yolu ilə həll olunması və Azərbaycanlı icmasının Dağlıq Qarabağ bölgəsinə ən qısa zamanda qayıdışına inanaraq sizi və bu təşəbbüsə qoşulan bütün şəxsləri Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı, separatizmin dəstəklənməsi və təşviq edilməsini dayandırmağa çağırırıq. Əksinə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmalarının tarixən birgəyaşayışına dair filmlərin çəkilməsi ideyası regionda sülh, sabitlik, tərəqqi və davamlı inkişafa töhfə verə bilər.

 

Biz Dağlıq Qarabağ ərazisində hal-hazırda yaşayan insanların bu ərazilərdə baş vermiş ədalətsizliyi və qan töküldüyünü bildiyini və bəzilərinin buna şahid olmalarına rəğmən necə normal yaşadıqlarını həmişə sorğu edirik.

 

Sizi sülhü, ədaləti və inkişafı dəstəkləməyə və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının əməkdaşlığı istiqamətində fəaliyyət aparmağa dəvət edirik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səfir Azərbaycanı tərk etdi - SƏBƏB 25 İyun 2019, 23:29 Ziya Bünyadov prospektində güclü tıxac yaranıb 25 İyun 2019, 23:12 Azərbaycan nefti ucuzlaşdı 25 İyun 2019, 22:55 Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB 25 İyun 2019, 22:55 “Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq 25 İyun 2019, 22:37 Dilqəmlə Şahbazın taleyi AŞPA-da müzakirə olundu 25 İyun 2019, 22:25 Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...” 25 İyun 2019, 22:09 “Onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır, öz evlərinə dönə bilmirlər” – Qənirə Paşayeva 25 İyun 2019, 21:47 Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO 25 İyun 2019, 21:31 Bakı-Ələt yolunda ağır qəza 25 İyun 2019, 21:14 Bakıda dönər yeyən 5 nəfər xəstəxanalıq oldu-ZƏHƏRLƏNMƏ   25 İyun 2019, 20:43 Bu dəfə deputatlar yumruq davasına çıxdı - FOTO 25 İyun 2019, 20:38 Belarusdan bir qızıl, iki bürünc şansı 25 İyun 2019, 20:30 Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR 25 İyun 2019, 20:18 Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi 25 İyun 2019, 20:04 Beşqat dünya çempionu Ehram Məcidova hökm oxundu 25 İyun 2019, 19:35 Heydər Əliyev prospektindəki qəza tıxac yaratdı 25 İyun 2019, 19:24 Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı 25 İyun 2019, 18:50 YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı 25 İyun 2019, 18:47 AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi 25 İyun 2019, 18:16 “Dillər Universiteti ilə əməkdaşlıq gələcəkdə də davam edəcək”  25 İyun 2019, 18:09 Prezidentin “Facebook” səhifəsində Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşıldı 25 İyun 2019, 18:03 Hadi Rəcəbli: “O cür danışanları yerində otuzdurmalıyıq” 25 İyun 2019, 18:00 Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı 25 İyun 2019, 18:00 Zakir Həsənov 6 hərbçiyə general rütbəsi təqdim etdi - VİDEO 25 İyun 2019, 17:49 Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən! 25 İyun 2019, 17:44 Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ 25 İyun 2019, 17:41 Hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının siyahısı təsdiqlənib 25 İyun 2019, 17:37 Prezident İsmayıllıda yol tikintisinə 2,9 milyon pul ayırdı 25 İyun 2019, 17:32 Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində - FOTO 25 İyun 2019, 17:26 Bakı Şəhər Baş Polis İdarəsi genişmiqyaslı reydlərə başladı 25 İyun 2019, 17:12 Manat və dolların 2 günlük MƏZƏNNƏSİ 25 İyun 2019, 17:07 “Qaçqınkom”da muğam müsabiqəsinin qalibləri ilə görüş olub 25 İyun 2019, 16:57 319.3 milyon manat sığorta haqqı toplanıb 25 İyun 2019, 16:56 ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib   25 İyun 2019, 16:50