Arxiv
5 Yanvar 2019, 15:01 | HADİSƏ
Qaz pulu 20 qəpikdən hesablanır? – RƏSMİ  

“Azəriqaz” İstehsalat Birliyi son günlər bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu, Hökməli kənd sakini Sahib Məmmədova istinadən təbii qaza görə tətbiq edilən limitlə əlaqədar dərc olunan yazılara münasibət bildirib.

 

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev Modern.az-a bildirib ki, bununla bağlı yazılanlar və söylənilən fikirlər həqiqəti əks etdirmir.

 

Onun sözlərinə görə, Sahib Məmmədov “Facebook” səhifəsində dəqiqləşdirmədiyi məlumatı paylaşmaqla təbii qaz istehlakçiları arasında çaşqınlıq yaradıb. İ.Kərbalayev S.Məmmədovun yazdıqlarına cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına heç bir əlavə və dəyişiklik edilməyib.

 

“Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. 

 

Abşeron rayonunun Hökməli kənd sakini Sahib Məmmədov tərəfindən GPG15337530 nömrəli qaz sayğacına 31 dekabr 2018-ci il tarixində saat 11:29 radələrində ödənilmiş 5 AZN vəsait il ərzində verilmiş limiti keçdiyi üçün 20 qəpik tarifi ilə hesablanıb. Belə ki, qeyd olunan ünvanda 2018-ci il ərzində təbii qazdan istifadə üçün, ümumilikdə, 300 AZN vəsait ödənilmiş və Tarif (Qiymət) Şurasının Qərarına əsasən, 2 350 kub metr qaz hesablanıb. İl dəyişdikdən sonra 3 yanvar 2019-cu il tarixində 1 AZN və 10 AZN olmaqla 11 AZN vəsait ödənilmiş və abonentin sayğacına 10 qəpik tarifi ilə 110 kub metr qaz sərfi yüklənib”, - deyə İ.Kərbalayev vurğulayıb.

 

“Azəriqaz” rəsmisi əlavə edib ki, İTRON Smart tipli qaz sayğaclarda əvvəldən ödəniş sistemi ilə idarə olunduğundan limitin idarə olunması ödəniş sistemində idarə olunur: “Ödəniş sistemi ilə sayğac arasında informasiya əlaqəsi olmadığı üçün ödəniş edilən tarix həmin ilin limitinə aid edilir. Hesabat aparılan ödənişlər əsasında formalaşır və əhali istehlakçıları üzrə 1700 kub metr limit 01 yanvar 2019-cu il tarixdən başlayaraq smartkarta aparılan ilk odəniş əməliyyatından etibarən hesablanır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səfir Azərbaycanı tərk etdi - SƏBƏB 25 İyun 2019, 23:29 Ziya Bünyadov prospektində güclü tıxac yaranıb 25 İyun 2019, 23:12 Azərbaycan nefti ucuzlaşdı 25 İyun 2019, 22:55 Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB 25 İyun 2019, 22:55 “Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq 25 İyun 2019, 22:37 Dilqəmlə Şahbazın taleyi AŞPA-da müzakirə olundu 25 İyun 2019, 22:25 Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...” 25 İyun 2019, 22:09 “Onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır, öz evlərinə dönə bilmirlər” – Qənirə Paşayeva 25 İyun 2019, 21:47 Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO 25 İyun 2019, 21:31 Bakı-Ələt yolunda ağır qəza 25 İyun 2019, 21:14 Bakıda dönər yeyən 5 nəfər xəstəxanalıq oldu-ZƏHƏRLƏNMƏ   25 İyun 2019, 20:43 Bu dəfə deputatlar yumruq davasına çıxdı - FOTO 25 İyun 2019, 20:38 Belarusdan bir qızıl, iki bürünc şansı 25 İyun 2019, 20:30 Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR 25 İyun 2019, 20:18 Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi 25 İyun 2019, 20:04 Beşqat dünya çempionu Ehram Məcidova hökm oxundu 25 İyun 2019, 19:35 Heydər Əliyev prospektindəki qəza tıxac yaratdı 25 İyun 2019, 19:24 Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı 25 İyun 2019, 18:50 YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı 25 İyun 2019, 18:47 AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi 25 İyun 2019, 18:16 “Dillər Universiteti ilə əməkdaşlıq gələcəkdə də davam edəcək”  25 İyun 2019, 18:09 Prezidentin “Facebook” səhifəsində Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşıldı 25 İyun 2019, 18:03 Hadi Rəcəbli: “O cür danışanları yerində otuzdurmalıyıq” 25 İyun 2019, 18:00 Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı 25 İyun 2019, 18:00 Zakir Həsənov 6 hərbçiyə general rütbəsi təqdim etdi - VİDEO 25 İyun 2019, 17:49 Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən! 25 İyun 2019, 17:44 Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ 25 İyun 2019, 17:41 Hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının siyahısı təsdiqlənib 25 İyun 2019, 17:37 Prezident İsmayıllıda yol tikintisinə 2,9 milyon pul ayırdı 25 İyun 2019, 17:32 Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində - FOTO 25 İyun 2019, 17:26 Bakı Şəhər Baş Polis İdarəsi genişmiqyaslı reydlərə başladı 25 İyun 2019, 17:12 Manat və dolların 2 günlük MƏZƏNNƏSİ 25 İyun 2019, 17:07 “Qaçqınkom”da muğam müsabiqəsinin qalibləri ilə görüş olub 25 İyun 2019, 16:57 319.3 milyon manat sığorta haqqı toplanıb 25 İyun 2019, 16:56 ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib   25 İyun 2019, 16:50