Arxiv
8 Yanvar 2019, 17:30 | MƏDƏNİYYƏT
Namizədlərim

Etibar Cəbrayıloğlu


Hamı axtarışdadır. Gözəyarı hesablamalarıma görə, toyuq dönəri yeyənlərin tən yarısı, xaş yeyənlərin isə yarıdan çoxu millimizə baş məşqçi axtarır. Yazsam inanmazsınız, hətta AFFA da əsas yığmamızın sükanını əcnəbiyə tapşırmaq üçün baş sındırır. Son günlərə qədər mən elə bilirdim AFFA futbolumuzla ümumiyyətlə heç maraqlanmır. Futbol nazirliyimizdə maaş alanlar da əgər bu axtarışa qoşulublarsa və xaricdən mütəxəssis çağırırlarsa, deməli vəziyyət uruscadır, nəsə təcili tədbir görmək lazımdır.

Amma iş elə gətirib ki, bizim, sizin tədbirimizlə məsələ həll olunmur, yekun sözü yenə səhər-səhər AFFA-da işə gedənlər deməli olur. Nə etməli, bizim də bəxtimiz-taleyimiz belə gətirib, AFFA qazandıqca futbolumuz itirir.

İndi yaxşı ki, camaatımız vətəndaşlıq mövqeyi göstərib əsas millimizə baş məşqçi axtarır. Cəmi bir-iki il öncə cibindəki son qəpiyini də SMS-ə xərcləyib müğənni, rəqqasə, canım sizə desin, meyxanaçı axtarırdı. Azca da olsa inkişaf edirik, maşallah.

Mən də vicdanlı vətəndaş kimi xalqımıza qoşulub futbol millimizə baş məşqçi axtarıram. Hər halda köhnə azarkeşlərdən sayılıram, “Bakı”nın, “MKT Araz”ın, “Şəmkir”in, “Karvan”ın, “Turan”ın, “Viləş”in, “Xəzər-Lənkəran”ın dəfn mərasimlərində iştirak etmişəm. AFFA-nın uzaq Almaniyada futbol məktəbi açdığını eşitmişəm, bu məktəbin ölkə futboluna xeyir verəcəyi barədə 333 məqalə oxumuşam, klublarımızda Müşahidə Şurası deyilən qurumu görmüşəm, “Səbail”-“Sabah” derbisindəki basabasda əsgərlikdən qalma mazolum tapdalanıb...

Bəri başdan deyim ki, mənim namizədim yerli mütəxəssislərdi. Axı mənim AFFA kimi əlim uzaqlara yetmir. Aşağıda millinin baş məşqçisi kimi görmək istədiyim namizədlərin adlarını açıqlayacam, niyə məhz onları bu məsul postda görmək istədiyimi izah etməyə çalışacam. Görək necə alınır...

Milli Məclisin üzvü Elman Nəsirov - Bütün mövzulardan danışır, futbolu bilməmiş olmaz. Millimizin mümkün məğlubiyyətlərini çox rahat şəkildə əsaslandıra bilər. 

Xalq yazıçısı Çingiz Abdullayev - Əsərləri dünyanın müxtəlif ölkələrində çap olunur. “Neftçi”nin Müşahidə Şurasına rəhbərlik edəndə çox maraqlı fikirlər səsləndirib. Məncə baş məşqçi vəzifəsinin öhdəsindən də gəlməyi bacarar.

Fizioloq, tibb elmləri doktoru Rəşid Mahmudov - Populyar tibb mütəxəssisi. Sadə dildə və maraqlı danışmağı bacarır. Futbolumuzun belə bir həkimə ciddi ehtiyacı var.

Xalq artisti Səməd Səmədov - Zövqlə geyinir. Sənətçilər və jurnalistlərlə arada mini futbol oynayır. Yığmaya baş məşqçi təyin olunsa fikrimcə millinin geyiminə də bir düzən gələr.

“N-Brothers” qrupunun yaradıcısı, prodüser Namiq Qafarov - 3-4 nəfərdən qrup yaradıbsa 11 nəfərlik milli də formalaşdıra bilər məncə. Həmişə iddialı açıqlamalar verdiyindən diqqəti öz üzərinə cəmləyə bilir.

Polis zabiti Vaqif Əsədov - Mətbuat və ictimaiyyət üçün əlçatan səlahiyyət sahiblərindəndir. Yığmamızın sükanı arxasına keçsə, futbolçular qayda-qanuna əməl edərlər, millidə nizam-intizam da möhkəmlənər.

Müğənni Faytonçu Nazim - Sonuncu solo konsertinin adından belə başa düşdüm ki, Bakını çox sevir. Baş məşqçi kimi təsdiqlənsə millimiz ən azından öz meydanında uduzmaqdan utanar.

Gənc yazar Kəramət - İddialı gəncdir, bir anda gündəmi dəyişə bilir. Hər yerdə olduğu kimi, millidə də gənclərə imkan tanımaq lazımdır.

Müğənni Üzeyir Mehdizadə - Musiqi zövqümüzü korladı, deyirəm bəlkə futbol zövqümüzü bərpa edə bildi...

Aktyor Allahverdi Yolçiyev - Bir dublyaj filmində 28 obrazı səsləndirirsə, bir baş məşqçinin əvəzinə də danışar, nə çətin işdir ki?

Namizədlərim hələlik bu şəxslərdir. AFFA əsas futbol yığmamıza baş məşqçi axtarışını bir az da uzatsa, yeni siyahı da hazırlaya bilərəm. Bir incə detalı da qeyd edim, millimizin sükanı arxasında görmək istədiyim insanların əksəriyyətinin futbola bir o qədər də aidiyyəti yoxdur. Məncə bu, AFFA-nın işinə yaraya bilər. Futbolumuzu qaydaya salmaq adı ilə səhər-səhər ora işə gedənlər bu cür kadrları günün günorta çağı çıraqla axtarırlar. Bəlkə düz fikirləşmirəm? 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polisdən aksiyaçılara son xəbərdarlıq 20 İyun 2019, 22:47 Bakıda qayın yeznəsini qətlə yetirib 20 İyun 2019, 22:30 Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi 20 İyun 2019, 22:16 İrakli Kobaxidze istefa vermək istəmir 20 İyun 2019, 22:06 Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO 20 İyun 2019, 21:52 “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev 20 İyun 2019, 21:38 Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34 Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı 20 İyun 2019, 16:20 “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb 20 İyun 2019, 16:03 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlanıb 20 İyun 2019, 16:02 Bakcell və INNOLAND birgə İnkubasiya Proqramının iştirakçılarını seçdi   20 İyun 2019, 16:00