Modern.az

Bir həftədə 1339 uşaq qızılcaya tutuldu

Bir həftədə 1339 uşaq qızılcaya tutuldu

9 Yanvar 2019, 00:29

Yanvarın əvvəlindən Ukraynada 2305 nəfər qızılca xəstəliyinə tutulub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, onlardan 966-sı böyük, 1339-u isə uşaqdır. Uşaqlardan biri qızılcadan həyatını itirib.

Məlumata görə, qızılcanın yayıldığı bölgələrdə xəstəliyə qarşı vaksinasiya işi olduqca zəifdir.

Qeyd edək ki, 2018-ci ildə 54 min 481 nəfər qızılca xəstəliyinə tutulmuşdu. Bunlardan 20 min 204 nəfəri böyük, 34 min 277-si isə uşaqdır. Ötən il qızılca xəstəliyi səbəbindən 16 nəfər həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir