Modern.az

Qazaxıstandan Ermənistana operativ qrup gəldi

Qazaxıstandan Ermənistana operativ qrup gəldi

9 Yanvar 2019, 00:47

Qazaxıstanın Karaqanda vilayətində 23 yaşlı qazaxın ermənilər tərəfindən qətlə yetirilməsi ilə əlaqədar olaraq Ermənistana operativ qrup gəlib. Modern.az xəbər verir ki, bununla bağlı erməni mediasında məlumat yayılıb.

 

Məlumata görə, Qazaxıstanın hüquq mühafizə orqanlarının əməkdaşları cinayət şübhəlisini təsbit etmək məqsədi ilə İrəvana gəlib. Ermənistanın istintaq komitəsinin rəsmisi Naira Arurtyunyan bununla bağlı sosial şəbəkədəki səhifəsində yazıb. Lakin onun sözlərinə görə, Ermənistana istintaq qrupunun gəlməsi barədə məlumat həqiqəti əks etdirmir.

 

Qeyd edək ki, Qazaxıstanın Karaqanda şəhərindəki “Qədim Roma” kafesində baş verən qətldən sonra Ermənistan rəhbərliyi kifayət qədər narahat olub. Lakin Qazaxıstanın müvafiq qurumları şübhəli bilinən Narek Qururyanın ələ keçirilməsi üçün tədbirlər görür. Onun hətta Rusiyaya qaçdığı barədə də məlumat var. Lakin görünür Qururyan Ermənistana qaçdığı üçün qazaxlar onu İrəvanda axtarır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir