Arxiv
9 Yanvar 2019, 12:05 | TƏHSİL
Kamal Abdulla dekana töhmət verdi, digər müəllimi isə imtahandan kənarlaşdırdı

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla ali təhsil müəssisəsinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin ADU-da 4 il oxuyan tələbələrin xarici dil bilmədikləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

Modern.az saytının məlumatına görə, Kamal Abdulla bu haqda universitetdə təşkil olunan mediatur zamanı çıxış edib.

O qeyd edib ki, ADU-nun məzunları ən yüksək dövlət qurumlarında çalışan insanlardır.

Rektor xatırladıb ki, burada rektor vəzifəsində il yarım müddətində işləyir: "Bu müddətdə də tələbələri savadsızlaşdıra bilmərəm. İstəsəm də bunu edə bilmərəm. 4 ilin tələbələrinin xarici dil bilməmələrinə gəlincə, həmin tələbələrin savadsız olmasına dekan və müəllim məsuldur. Çünki onlar çoxdan işləyir və belə çıxır ki, ancaq özlərini ittiham edirlər".

K.Abdulla qeyd edib ki, bütün iddiaların hamısı böhtandır:

 

"Həmin şəxs niyə bu iddianı əvvəl səsləndirmirdi? Hansı ki töhmət aldıqdan sonra bu çıxışları edir. Onları məhkəməyə mən vermək istəmirəm. Gözləyirəm ki, onlar bizi məhkəməyə versin və mən əks iddia ilə çıxış edim. Görüm ondan sonra nə deyəcəklər. Həmin dekana açıq dərslərin təşkilində buraxdığı ciddi nöqsanlara və ulu öndər Heydər Əliyevin anım günü əlaqədar fakültəsində heç bir tədbir keçirilməsinə lüzum bilmədiyinə görə töhmət verilib. Tələbələri təhdid edən və mitinqə, iğtişaşa çağıran müəllim Pərvin Mürsəlova isə imtahanlardan kənarlaşdırılıb. Çünki həmin müəllim tələbəni təhdid edib və səs yazısı da var".

 

Kamal Abdulla eyni zamanda, bura rektor təyin olunandan sonra hansısa qohum-qardaş gətirməsi məsələsinə də aydınlıq gətirib: "Burada yalnız Azad Məmmədov adında qohumum çalışır, hansı ki, o, tanınmış dilçi alimdir və məndən əvvəl burada işləyib. İkinci hansısa qohumumun burada işləməsini kimsə deyə bilməz. Burada 17 il işləmişəm. Dostlarım və tanışlarımın olması normaldır. Bu kimi yalnış fikirlər cəmiyyəti, ziyalı insanları çaşdırmaqdan başqa məqsəd güdmür".

 

O, həmçinin universitetdə əvvəllər Kadrlar şöbəsində baş mütəxəssis vəzifəsində işləyən və işlərində ciddi nöqsanlar buraxan Elmira Baxşəliyevanın səsləndirdiyi fikirlərə də münasibət bildirib.

 

Rektor qeyd edib ki, hazırda iş məhkəmədədir: "Onun haqsız olaraq vəzifəsindən kənarlaşdırılması iddiaları əsassızdır. Çünki o, bir şöbədən başqasına keçirilib. Yəni işdən çıxarılmayıb. Buna səbəb də var. İşində ciddi nöqsanlar buraxmışdı. Onun sahəsinə aid bir lobarantı 3 dəfə məzuniyyətə buraxmışdı.

 

Lobarant üçün bu necə ola bilər?! Bu, birbaşa saxtakarlıqdır. Komisiyasının qərarı ilə müəyyən oldu ki, onun həm yaş məhdudiyyəti var, həm də ali savadı yoxdur. Onun ancaq hansısa masaj kursu bitirməsi ilə bağlı sənədi var. O, ancaq lobarantların sənədinə baxırmış və qol çəkilən sənəddə maaşın miqdarını da yazmayıb". 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
101 yaşlı Azərbaycan Silahlı Qüvvələri 26 İyun 2019, 00:12 “Fəaliyyətimi yenidən davam etdirəcəyəm” – Fuad Abbasov 25 İyun 2019, 23:56 “Qarabağ” yenə qələbə qazana bilmədi 25 İyun 2019, 23:43 Səfir Azərbaycanı tərk etdi - SƏBƏB 25 İyun 2019, 23:29 Ziya Bünyadov prospektində güclü tıxac yaranıb 25 İyun 2019, 23:12 Azərbaycan nefti ucuzlaşdı 25 İyun 2019, 22:55 Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB 25 İyun 2019, 22:55 “Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq 25 İyun 2019, 22:37 Dilqəmlə Şahbazın taleyi AŞPA-da müzakirə olundu 25 İyun 2019, 22:25 Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...” 25 İyun 2019, 22:09 “Onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır, öz evlərinə dönə bilmirlər” – Qənirə Paşayeva 25 İyun 2019, 21:47 Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO 25 İyun 2019, 21:31 Bakı-Ələt yolunda ağır qəza 25 İyun 2019, 21:14 Bakıda dönər yeyən 5 nəfər xəstəxanalıq oldu-ZƏHƏRLƏNMƏ   25 İyun 2019, 20:43 Bu dəfə deputatlar yumruq davasına çıxdı - FOTO 25 İyun 2019, 20:38 Belarusdan bir qızıl, iki bürünc şansı 25 İyun 2019, 20:30 Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR 25 İyun 2019, 20:18 Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi 25 İyun 2019, 20:04 Beşqat dünya çempionu Ehram Məcidova hökm oxundu 25 İyun 2019, 19:35 Heydər Əliyev prospektindəki qəza tıxac yaratdı 25 İyun 2019, 19:24 Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı 25 İyun 2019, 18:50 YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı 25 İyun 2019, 18:47 AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi 25 İyun 2019, 18:16 “Dillər Universiteti ilə əməkdaşlıq gələcəkdə də davam edəcək”  25 İyun 2019, 18:09 Prezidentin “Facebook” səhifəsində Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşıldı 25 İyun 2019, 18:03 Hadi Rəcəbli: “O cür danışanları yerində otuzdurmalıyıq” 25 İyun 2019, 18:00 Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı 25 İyun 2019, 18:00 Zakir Həsənov 6 hərbçiyə general rütbəsi təqdim etdi - VİDEO 25 İyun 2019, 17:49 Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən! 25 İyun 2019, 17:44 Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ 25 İyun 2019, 17:41 Hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının siyahısı təsdiqlənib 25 İyun 2019, 17:37 Prezident İsmayıllıda yol tikintisinə 2,9 milyon pul ayırdı 25 İyun 2019, 17:32 Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində - FOTO 25 İyun 2019, 17:26 Bakı Şəhər Baş Polis İdarəsi genişmiqyaslı reydlərə başladı 25 İyun 2019, 17:12 Manat və dolların 2 günlük MƏZƏNNƏSİ 25 İyun 2019, 17:07