Modern.az

Türkiyə yeni zirehli yük maşını istehsal edir

Türkiyə yeni zirehli yük maşını istehsal edir

Dünya

9 Yanvar 2019, 21:58

Türkiyədə yeni zirehli yük maşını istehsal ediləcək. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mersin vilayətində "Derman" adlı yerli istehsallı ilk 8 təkərli hərbi zirehli yük nəqliyyat vasitəsinin nümunəsi hazırlanıb.

 

Məlumata görə, hərbi zirehli yük avtomobilinin ilk nümunəsinin hazırlanmasına 2016-cı ildə başlanılıb.

 

Hərbi nəqliyyat vasitəsinin istehsalı prosesində 40-a yaxın türk mühəndis iştirak edib.

 

Sınaqdan sonra "Derman"ın silsilə istehsalı təşkil ediləcək və Türkiyə ordusunun silahlanmasına daxil ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir