Modern.az

Dünyanın ən varlı adamı sərvətinin yarısını itirəcək

Dünyanın ən varlı adamı sərvətinin yarısını itirəcək

10 Yanvar 2019, 10:03

Dünyanın ən varlı adamı olan "Amazon" şirkətinin prezidenti Cef Bezos həyat yoldaşı Makkenzi Bezosdan boşanır.

 

Modern.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, 137 milyard dollarlıq sərvətə malik olan Bezos sərvətinin tam yarısını – 69 milyard dolları boşanacağı həyat yoldaşına verə bilər. Bu, Makkenzi Bezosa avtomatik olaraq dünyanın ən varlı qadını statusunu qazandıran, "Amazon"un sahibinə isə zənginlərin reytinqində 6 pillə geriləməyə yol aça bilər.

 

Ekspertlər Bezosların nikaha girən zaman əmlakla bağlı müqavilə imzalamadıqları təqdirdə sərvətin tən yarı bölünəcəyini bildirirlər. Cütlük 1993-cü ildən nikahda olub və 3 oğul övlad böyüdüblər. Onlar boşanmaları barədə rəsmi məlumatı yanvarın 9-da açıqlayıblar.

 

Xatırladaq ki, hazırda dünyanın ən varlı qadını 45,6 milyard dollar sərvətlə Fransuaza Betankur Mayersdir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq