Arxiv
11 Yanvar 2019, 18:06 | MƏDƏNİYYƏT
Prezident 2019-cu ili “Nəsimi ili” elan etdi - YENİLƏNİB

Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan edib.

Modern.az xəbər verir ki, ölkə başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

 

Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi ili” elan etdiyini deyib.


Ölkə başçısı bununla bağlı rəsmi sərəncam da imzalayıb. Sərəncamda deyilir:


"Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. 

Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.

Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılmışdır.

2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir.

2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır.

Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilsin".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11 Magistraturaya qəbul imtahanı keçirildi   26 May 2019, 16:08 Gürcüstanda nazir istefaya göndərildi - FOTO 26 May 2019, 15:56 Küveytdə azərbaycanlı diaspor fəalı iftar süfrəsi verib - FOTO   26 May 2019, 15:39 78 yaşlı xalq artisti AzTV-nin radiosunda veriliş aparacaq 26 May 2019, 15:20 “Nar”dan futbol həvəskarları üçün möhtəşəm müsabiqə! 26 May 2019, 15:04 Peruda 8 bal gücündə zəlzələ olub 26 May 2019, 14:49 “Arsenal” Mxitaryanı satışa çıxarır 26 May 2019, 14:35 Çaylarda suyun səviyyəsi dəyişib   26 May 2019, 14:18 Azərbaycan dili fənni üzrə test imtahanı yekunlaşıb 26 May 2019, 14:00 Qusarda enerji verilişi bərpa olundu 26 May 2019, 13:30 Polad Bülbüloğlu Araz Əlizadəyə savadsız dedi: “Deputat olan şəxs belə fikirlər söyləməz” 26 May 2019, 13:11 Yolda 26 May 2019, 12:56 Məşhurların övladları: Aynur Sofiyevanın qızları - FOTO 26 May 2019, 12:52 Sabahın havası: Bakıya yağış yağacaq, rayonlara dolu düşəcək 26 May 2019, 12:47 İntizam Komissiyasından Araz Əlizadə açıqlaması: “Mənim əlimdə tərəzi yoxdur”  26 May 2019, 12:30 Okeanda iki gəmi toqquşub - İtkin düşənlər var 26 May 2019, 12:10 42 yaşlı Nardaran sakini itkin düşdü 26 May 2019, 11:55 Badam südünün faydaları 26 May 2019, 11:40 Mənzildən 60 yaşlı kişinin meyiti TAPILDI 26 May 2019, 11:27 Avropa Parlamentinə seçkilər keçirilir - 21 ölkədə 26 May 2019, 11:15 Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir - FOTO 26 May 2019, 11:00 Ramil Usubov polis rəisini işdən çıxardı - FOTO 26 May 2019, 10:48 İcra Hakimiyyəti hesabat verdi - Horadizdə  7200 nəfər yaşayır 26 May 2019, 10:27 ABŞ-da erməni diasporu 26 May 2019, 10:12 Zalımoğlunun faciəli taleyi - Özü öz əli ilə qəbrini qazdı... - FOTOLAR 26 May 2019, 10:02 Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”ndən imtahan verir   26 May 2019, 09:39 Ermənilər yenidən fəallaşdı - Nazirlikdən açıqlama   26 May 2019, 09:00 Magistraturaya qəbulun ikinci mərhələsi keçirilir 26 May 2019, 08:28 Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı 26 May 2019, 01:01 Bakıda dəhşətli qətl: övlad atasının başını kəsdi 26 May 2019, 00:31