Arxiv
11 Yanvar 2019, 15:18 | AKTUAL
Arzusuz uşaqlar...

Firuz Mustafa

Uşaq ağlayıb atasından oyuncaq maşın istəyir. Ata uşağın əlindən tutub öz şəxsi maşın salonundakı avtoları göstərib deyir ki, bu maşınların hamısı sənindir.
Uşaq oyuncaq qayıq istəyir. Ata bağ evinin qarşısındakı bütün ərazini hasara alıb-dənizin bir hissəsi də həmin hasarın içindədir. O “dənizdə” bir neçə qayıq, yaxta, hətta gəmi var. İmkanlı ata deyir ki, bax bu gəmi də, bu qayıqlar da, bu yaxta da sənindir.

Uşaq təyyarəyə minmək istəyir. Ata deyir ki, bax o təyyarə pilot qarışıq sənindir.

Uşaq kinoya baxmaq istəyir. İmkanlı ata məşhur kino və teatr aktyorlarını yığıb oğluna təqdim edir. Deyir ki, bu aktyorlar sənin qulluğunda hazırdır.

Uşaq zooparka getmək istəyir. Ata uşağa öz şəxsi heyvanxanasını göstərib deyir ki, bu heyvanların hamısı sənindir...

Xülasə, uşaq nə arzulayırsa, ata onun arzularını virtual yox, vizual qaydada yerinə yetirir.

Uşağın bu dünyada heç bir arzusu qalmır.

Uşaq heç nə istəmir.

Əslində uşağın bütün arzuları ata tərəfindən məhv edilir.

Arzusuz uşaq böyüyür.

Bundan böyük nə faciə?

Amma bu uşağın yaşıdı olan başqa bir uşaqsa başqa bir ailədə böyüyür. Həmin uşaq da atasından xahiş edir ki, ona oyuncaq maşın, oyuncaq qayıq alsın, onu kinoya, zooparka aparsın. Bu pulsuz, kasıb ata övladın arzusunu yerinə yetirə bilmir. 

Bundan böyük nə faciə ola bilər?

P.S. Mən vaxtilə bir hekayə yazmışdım. Adı da elə bu cür idi: “Arzusuz uşaqlar”. Həmin hekayə kompüterim “yanarkən” sıradan çıxdı. Amma məzmunu indi yazdığım kimi idi.
Doğrudan da indi bizdə arzusu məhv edilən uşaqların sayı –hesabı yoxdur. Özü də hərəsi bir cür.
Hekayənin qəhrəmanı olan hər iki uşağın valideyni oyuncaq almır. Daha doğrusu, birinin bunu almağa imkanı yoxdur, digərininsə həvəsi. 
Sonucda hər iki uşaq arzusuz böyüyür... Biri elə, biri də belə arzusuz...

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ciyər axşamı”ndan qayıdan gənc traktorun altında qaldı 26 İyun 2019, 00:58 Gürcüstanda zəlzələ oldu 26 İyun 2019, 00:44 Kürdə batan qadının meyiti tapıldı 26 İyun 2019, 00:26 101 yaşlı Azərbaycan Silahlı Qüvvələri 26 İyun 2019, 00:12 “Fəaliyyətimi yenidən davam etdirəcəyəm” – Fuad Abbasov 25 İyun 2019, 23:56 “Qarabağ” yenə qələbə qazana bilmədi 25 İyun 2019, 23:43 Səfir Azərbaycanı tərk etdi - SƏBƏB 25 İyun 2019, 23:29 Ziya Bünyadov prospektində güclü tıxac yaranıb 25 İyun 2019, 23:12 Azərbaycan nefti ucuzlaşdı 25 İyun 2019, 22:55 Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB 25 İyun 2019, 22:55 “Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq 25 İyun 2019, 22:37 Dilqəmlə Şahbazın taleyi AŞPA-da müzakirə olundu 25 İyun 2019, 22:25 Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...” 25 İyun 2019, 22:09 “Onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır, öz evlərinə dönə bilmirlər” – Qənirə Paşayeva 25 İyun 2019, 21:47 Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO 25 İyun 2019, 21:31 Bakı-Ələt yolunda ağır qəza 25 İyun 2019, 21:14 Bakıda dönər yeyən 5 nəfər xəstəxanalıq oldu-ZƏHƏRLƏNMƏ   25 İyun 2019, 20:43 Bu dəfə deputatlar yumruq davasına çıxdı - FOTO 25 İyun 2019, 20:38 Belarusdan bir qızıl, iki bürünc şansı 25 İyun 2019, 20:30 Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR 25 İyun 2019, 20:18 Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi 25 İyun 2019, 20:04 Beşqat dünya çempionu Ehram Məcidova hökm oxundu 25 İyun 2019, 19:35 Heydər Əliyev prospektindəki qəza tıxac yaratdı 25 İyun 2019, 19:24 Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı 25 İyun 2019, 18:50 YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı 25 İyun 2019, 18:47 AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi 25 İyun 2019, 18:16 “Dillər Universiteti ilə əməkdaşlıq gələcəkdə də davam edəcək”  25 İyun 2019, 18:09 Prezidentin “Facebook” səhifəsində Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşıldı 25 İyun 2019, 18:03 Hadi Rəcəbli: “O cür danışanları yerində otuzdurmalıyıq” 25 İyun 2019, 18:00 Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı 25 İyun 2019, 18:00 Zakir Həsənov 6 hərbçiyə general rütbəsi təqdim etdi - VİDEO 25 İyun 2019, 17:49 Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən! 25 İyun 2019, 17:44 Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ 25 İyun 2019, 17:41 Hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının siyahısı təsdiqlənib 25 İyun 2019, 17:37 Prezident İsmayıllıda yol tikintisinə 2,9 milyon pul ayırdı 25 İyun 2019, 17:32