Modern.az

Naxçıvana məhkəmə sədrləri təyin edildi  

Naxçıvana məhkəmə sədrləri təyin edildi   

11 Yanvar 2019, 18:12

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri, Qabil Neymət oğlu Məmmədov isə Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı