Modern.az

“Rüşvət alanın əllərini kəsəcəyəm” - Prezidentliyə namizəd

“Rüşvət alanın əllərini kəsəcəyəm” - Prezidentliyə namizəd

11 Yanvar 2019, 19:30

Ukraynada prezidentliyə namizəd, “Vətəndaş mövqeyi” partiyasının lideri Anatoli Qritsenko qələbə qazanarsa, korrupsionerlərin “əllərini kəsəcəyini” deyib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o söz verib ki, “korrupsiya piramidasını trapesiyaya çevirəcək”:

 

“Harda rüşvət alan görsəm, əllərini kəsəcəyəm. Heç kim əziz tutulmayacaq. Bu çox vacibdir”. 

 

Qritsenko bildirib ki, o, prezident olarsa, Ukraynada “oliqarx” sözü unudulacaq. 

 

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi