Modern.az

Dünyanın ən yaşlı peşəkar futbolçusu klubu ilə müqaviləni uzadıb

Dünyanın ən yaşlı peşəkar futbolçusu klubu ilə müqaviləni uzadıb

11 Yanvar 2019, 20:00

Dünyanın ən yaşlı peşəkar futbolçusu Kazuyoşi Miura futbolçu karyerasını sonlandırmaq istəmir.

Modern.az  xəbər verir ki, Yaponiyanın "Yakohama" klubunda oynayan 52 yaşlı oyunçu klubu ilə müqaviləni daha bir il uzadıb.

Yaponiya yığmasının sabiq üzvü karyerasında 34-cü mövsümünü keçirəcək.

Qeyd edək ki, Kazuyoşi Miura ən yaşlı futbolçu kimi tarixə düşüb.  "Yakohama" Yaponiyanın II liqasında çıxış edir. (report.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir