Modern.az

Parisdə partlayış qurbanlarının sayı artıb: 4 ölü, 47 yaralı - YENİLƏNİB

Parisdə partlayış qurbanlarının sayı artıb: 4 ölü, 47 yaralı - YENİLƏNİB

12 Yanvar 2019, 20:01

Parisdə baş verən partlayışda xəsarət alanların sayı artıb. Modern.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristofer Kastaner özünün "Twitter" səhifəsində bildirib.

O, qeyd edib ki, hadisə zamanı 4 nəfər ölüb. Yaralıların sayı isə 47 nəfərə çatıb. Onlarlardan 10-nun vəziyyəti ağırdır. Daha 37 nəfərin vəziyyəti orta ağırdır. Beləcə, DİN rəhbəri partlayışda ölənlərin ailələrinə dəstəyini ifadə edib.

 

***

 

Fransanın paytaxtında çörəkbişirmə sexində baş verən partlayışda azı 2 nəfər ölüb, 36 nəfər isə yaralanıb. Onlardan 10 nəfər vəziyyəti kritikdir.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisənin qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.

 

***


Parisdə çörəkbişirmə müəssisəsində baş verən güclü partlayış nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.

Modern.az-ın məlumatına görə, xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir. Hökumət rəsmiləri hadisə yerinə baş çəkiblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir