Arxiv
12 Yanvar 2019, 17:13 | AKTUAL
Alimlər: Dünya okeanları gözlənildiyindən 40 faiz daha sürətlə isinir

Alimlər müəyyən ediblər ki, dünya okeanları gözlənildiyindən 40 faiz daha sürətlə isinir. Bunun səbəbi atmosferə emissiya olunan karbon dioksid qazının əmələ gətirdiyi istinin okean sularına qarışmasıdır.

 

“The New York Times” qəzeti xəbər verir ki, “Science” jurnalının elmi məqaləsində okeanlarda istiləşmənin beş il əvvəl BMT-nin verdiyi proqnozlardan daha sürətlə baş verdiyi və son illər rekord həddə çatdığı qeyd olunub. Yeni tədqiqatlara dair hesabatda göstərilir ki, bu baxımdan 2018-ci ildə mənfi tendensiya güclənməkdə davam edib.

 

“Berkeley Earth” qrupunun hazırladığı hesabatda vurğulanıb ki, dünya okeanları insan fəaliyyətinin zərərli nəticələri olan qazların 93 faizini udur. Rutgers Universitetinin professoru Malin Pinskinin sözlərinə görə, hazırda onların sayəsində Yerdə ekoloji tarazlıq qorunur, lakin atmosferə buraxılan qazları udan okeanlarda flora və fauna sürətlə məhv olur, suyun səviyyəsi qalxır və dağıdıcı tufanların sayı getdikcə artır. Alim əlavə edib ki, daha yüksək temperaturu olan okeanlardan balıqlar digər su hövzələrinə axın edirlər. “Bir çox ölkələrdə insanların qida rasionunun əsasını təşkil edən balıqların sürətlə azalması təkcə sosial gərginliyə deyil, habelə ölkələr arasında münaqişəyə da səbəb ola bilər”, deyə Pinski diqqətə çatdırıb.

 

Alimlər xəbərdarlıq edirlər ki, okean sularının isinməsi nəticəsində 2017-ci ildə baş vermiş Harvey və bir il sonra daha çox dağıdıcı təsir göstərən Florens tufanlarından da güclü fəlakətlər ola bilər. Artıq son üç ildə milyonlarla insanın qida mənbəyi olan mərcan riflərinin beşdəbir hissəsi məhv olub. “Okeana” ekologiya qrupunun tədqiqatçısı Ketrin Metyu bildirib ki, mərcan riflərinin məhv olması tropik zonalarında yaşayan insanların ərzaq təminatına mənfi təsir göstərəcək. Onun sözlərinə görə, okeanların flora və faunasının məhvi son nəticədə insanları protein mənbəyindən məhrum edəcək.

2000-ci ildən başlayaraq ekoloqlar okean sularının temperaturunu “Argo” adlanan üzən dreyf vasitəsilə ölçürlər. Yunan əsatirindəki gəminin adından götürülmüş bu dreyf məlumatları peyk vasitəsilə ötürür. Məhz bu dreyfin tədqiqatları BMT-nin 2014-cü ildə verdiyi proqnozları alt-üst edib.

 

Virtualaz.org

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02 Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın baş verən yerə getdi - FOTOLAR-YENİLƏNİB 26 İyun 2019, 15:00 Qayınatasının evinə atəş açdı, polis tutdu 26 İyun 2019, 14:54 Səhiyyə Nazirliyindən yeni narkotik növü ilə bağlı XƏBƏRDARLIQ   26 İyun 2019, 14:40 Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə müzakirə apardı 26 İyun 2019, 14:38 Daha bir güləşçimiz "Minsk-2019"un 1/4 final mərhələsinə yüksəldi   26 İyun 2019, 14:33 Deputat: “Prezidentin diqqəti qüdrətli bir ordunun formalaşmasına xidmət edir” 26 İyun 2019, 14:02 Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏ 26 İyun 2019, 13:59 Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!” 26 İyun 2019, 13:48 Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub   26 İyun 2019, 13:25 Xırdalanda azyaşlını vurub qaçan sürücü saxlanıldı   26 İyun 2019, 13:10 Hacı Əliyev erməni rəqibini 6:0 hesabı ilə məğlub etdi 26 İyun 2019, 13:07 Məhərrəm Quliyev “Cümə” məscidi ilə bağlı tövsiyə verdi 26 İyun 2019, 13:03 Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ AÇIQLAMA 26 İyun 2019, 12:53 Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb   26 İyun 2019, 12:48