Modern.az

Türkiyədə  23 terrorçu zərərsizləşdirildi

Türkiyədə  23 terrorçu zərərsizləşdirildi

12 Yanvar 2019, 21:26

Türkiyənin Silahlı Qüvvələri 23 terrorçunu zərərsizləşdirib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin terrorçular ötən il dekabrın 28-dən bu il yanvarın 11-dək keçirilən əməliyyatlar zamanı məhv edilib.

Qeyd edilir ki, PKK-ya qarşı Diyarbəkirdə aparılan antiterror əməliyyatları zamanı xeyli sayda silah-sursat, o cümlədən 12 tüfəng, 3 tapança, 3 qumbaraatan, 4 əl qumbarası, 1584 müxtəlif döyüş sursatları, partlayıcı maddələr, habelə narkotik maddələr və s. müsadirə edilib. Əməliyyatlar zamanı terrorçuların 7 sığınacağı məhv edilib.

Terrorçulara qarşı əməliyyat zamanı 1 türk hərbçisi şəhid olub, 4 hərbçi yaralanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi