Arxiv
12 Yanvar 2019, 23:12 | AKTUAL
Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təşkil edilən Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib. Modern.az xəbər verir ki, mediaturda millət vəkilləri, media qurumlarının rəhbərləri və jurnalistlər iştirak ediblər.

 

Mediatur iştirakçılarına məlumat verilib ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü və Kimya, biologiya təmayüllü Respublika liseyləri, eləcə də Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Artıq 4-cü ildir fəaliyyət göstərən həmin mərkəzlərə Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən 300-dən çox şagird cəlb edilib.

 

Hazırlıq mərkəzlərinin yaradılmasında məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, Azərbaycan məktəblilərinin iştirak etdikləri beynəlxalq fənn olimpiadalarında nailiyyətlərin artırılmasıdır. Mərkəzlərə yerli və xarici ali məktəblərin, Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış alimləri və qabaqcıl müəllimlər cəlb olunub. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin nəzdində olan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə sıx əməkdaşlıq qurulmaqla həyata keçirilir.

 

Mediatur zamanı bildirilib ki, vaxtı ilə beynəlxalq olimpiada qalibi olmuş məzun olimpiadaçılardan ali təhsillərini Bakıda davam etdirənlər il boyu, ölkədən kənarda oxuyanlar isə qış və yay tətillərində yeni nəsil olimpiadaçıların yetişdirilməsində yaxından iştirak edirlər. Bu ildən etibarən Amerika Birləşmiş Ştatlarının Stenford Universitetinin məzunu Cəfər Cəfərov şagirdlərimizə həftədə 2 dəfə onlayn dərs keçir.

 

Qeyd olunub ki, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şagirdlərlə fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri olmaqla ümumilikdə 5 fənn üzrə hazırlıq aparılır. Aşağı və yuxarı yaş qruplarında hazırlıq dərsləri əsasən şənbə-bazar günləri və ya həftə ərzində dərsdən sonra təşkil edilir.

 

Azərbaycan məktəbliləri hər il 15-ə yaxın müxtəlif beynəlxalq olimpiada və müsabiqədə iştirak edirlər. 2017-2018-ci tədris ilində şagirdlərimiz beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 8 gümüş və 20 bürünc medal olmaqla ümumilikdə 29 medal və 7 həvəsləndirici sertifikat qazanıblar. Təhsil nazirinin müvafiq əmrinə əsasən, ölkə üzrə istedadlı şagirdlərlə işin genişləndirilməsi məqsədi ilə pilot layihə kimi 15 rayonun 48 məktəbində 60 xüsusi sinif yaradılıb. Bu siniflərin yaradılmasında əsas məqsəd istedadlı şagirdlərlə məqsədyönlü işlər görməkdən ibarətdir.

 

Daha sonra beynəlxalq olimpiadaların və “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin qalibləri ilə "Dəyirmi masa" ətrafında müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafadakı dəhşətli cinayətin görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Nazirlik və komitələrdə çalışanların aylıq pul təminatında artım oldu - SİYAHI 18 İyun 2019, 19:49 Büdcə təşkilatlarında çalışanların da əməkhaqları artırıldı - SİYAHI 18 İyun 2019, 19:38 Prezident müəllimlərin maaşını 20 faiz artırdı 18 İyun 2019, 19:35 Minimum əməkhaqqı artdı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55