Modern.az

“Qarabağ” üçün ən yaxşısını etməyə çalışacağam” - Riçard Almeyda

“Qarabağ” üçün ən yaxşısını etməyə çalışacağam” - Riçard Almeyda

12 Yanvar 2019, 23:27

"Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evim, ailəmdir". Modern.az xəbər verir ki,  bunu Qazaxıstan "Astana"sından "Qarabağ"a icarə əsasında qayıdan Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda bildirib.

 

Riçard Almeyda bildirib ki, hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsindədir: "Burada hamını tanıyıram. Gəlmişəm ki, komandamla birgə uğurlar qazanım və "Qarabağ"ın bir parçası olum. Azarkeşlərə də göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam".

 

Qeyd edək ki, daha əvvəl "Qarabağ" Riçard Almeydanı heyətinə qatdığını açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir