Modern.az

Bakıdakı oteldə YANĞIN: İnsanlar təxliyə olundu

Bakıdakı oteldə YANĞIN: İnsanlar təxliyə olundu

Aktual

13 Yanvar 2019, 10:03

Bakıda yanğın qeydə alınıb.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, şəhərin Nərimanov rayonunda "Golden Shine" otelinin yerləşdiyi beşmərtəbəli binanın zirzəmisində qazanxananın ətrafında 5 p.m elektrik kabeli yanıb.

 

Qatı tüstü olduğundan oteldə olan vətəndaşlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın saat 22:36-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir