Arxiv
13 Yanvar 2019, 12:37 | ÖLKƏ
Azərbaycanda boşanma iddiası qaldıranların çoxu KİŞİLƏRDİR - Səbəb UTANCVERİCİDİR

“Ailəli qadın əri evdə olmayanda...”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internetin Azərbaycanda tənha insanların sayının artmasına və boşanmaların çoxalmasına təsir etməsindən narahatdır.  

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, nternetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənir.

 

BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir.

 

Tanınmış vəkil Şəfiqə Nağyeva məsələ ilə bağlı Modern.az-a deyib ki, hazırda Azərbaycanda boşanmaların sayı durmadan artır:

“Bu gün boşanmaq üçün müraciət edənlərin çoxu kişilərdir. Onların arasında gənc, orta, hətta yaşlı kişilər də var. Əsas səbəbdən də həyat yoldaşının telefona, sosial şəbəkələrə olan aludəliyidir. Əlinə telefon düşən qadın başlayır “Whatsapp”da, “Facebook”da başqa kişilərlə tanış olmağa, yazışmağa. Bu gün evi, ailəni dağıdan o qadınların yeni texnologiyadan düzgün istifadə etməməsi ciddi problemdir. Bəzi qadınlar hətta uşaqlarını da atıb internetdə tanış olduğu kişiyə qoşulub qaçır. Bir müddət sonra o kişi də ondan istədiyini alandan sonra qadın qalır ortalıqda. Hətta elələri var ki, əri evdə olmayanda yazışdığı kişiləri evinə çağırır, onunla intim münasibətdə olur. Lap əxlaqsızları var ki, bunu övladlarının gözünün qabağında edir. Belə dəhşətli məqama gəlib çıxmışıq”.

Vəkil bildirib ki, xəyanətlə iddia qaldıranların nikahlarının davam etməsinin tərəfdarı deyil:

“Qadın xəyanəti, ərini, övladlarını qoyub qaçan qadınla bağlı iddiaların tez bir zamanda həllinə çalışıram. Həll deyəndə onların barışdırılmasını nəzərdə tutmuram. Heç vaxt bu cür qadınların bağışlanmasını istəmirəm. Heç vaxt barışıq mövqeyini tutmuram, həyatım boyu da tutmayacam. Çalışıram ki, uşaqlar qadından alınıb atalarına verilsin. Bilirsiniz, baxdığım işlərdə bəzi qadınların başqa kişilərlə elə biabırçı mesajları üzə çıxır ki... Bu haqda danışmaq belə olmur”.

 

Hüquqşünasın sözlərinə görə, xəyanət edən qadınlar arasında kifayət qədər təhsilli, savadlıları da var:

“Demək olmaz ki, bu qadınların hamısı cahildir. Onların bəziləri hətta oxumuş, iş sahibidirlər. Amma ağıl yoxdur. Ailəni, övladını düşünmədən xəaynətə sürüklənirlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub 22 Avqust 2019, 11:08 Nazilikdən yeni layihə 500 nəfər əlil kiçik biznesini quracaq 22 Avqust 2019, 11:06 Azərbaycanda xəstənin cinsi fəaliyyəti bərpa olundu - Unikal ƏMƏLİYYAT 22 Avqust 2019, 10:46 Neçə rayonumuz 100 % qazlaşdırılıb? - Azəriqaz-dan AÇIQLAMA 22 Avqust 2019, 10:42 Peşə məktəblərinə qəbul olunanların qeydiyyatı başlayır 22 Avqust 2019, 10:35 MiQ-29 təyyarəsinin qəza SƏBƏBİ rəsmən açıqlandı - “Qara qutu” OXUNDU 22 Avqust 2019, 10:29 Yardımlı dağlarında YANĞIN başladı 22 Avqust 2019, 10:25 Deputatları Qafqaz Müsəlmanları İdarəsinə ÇAĞIRDILAR 22 Avqust 2019, 10:23 Elçibəy PARADOKSU 22 Avqust 2019, 10:05 Azərbaycanda zəlzələ oldu: 3-4 bal 22 Avqust 2019, 10:02 Ermənistan atəşkəsi 20 dəfə pozdu 22 Avqust 2019, 09:58 Bu gün bir neçə rayonda qaz olmayacaq 22 Avqust 2019, 09:52 Yüksək bal toplayan abituriyent niyə İlahiyyat İnstitutunu seçdi? - MÜSAHİBƏ 22 Avqust 2019, 09:43 Ağac kəsən şəxs cəzalanıb 22 Avqust 2019, 09:39 Azərbaycanda 3 uşaq anası itkin düşüb 22 Avqust 2019, 09:34 Çempionlar Liqasında pley-off - daha 3 oyun keçirildi - NƏTİCƏLƏR 22 Avqust 2019, 09:24 Elçibəyin vəfatından 19 il ötür 22 Avqust 2019, 09:17 Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI 22 Avqust 2019, 09:10 Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb - REPORTAJ 22 Avqust 2019, 08:47 “Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxır 22 Avqust 2019, 08:32 Qubada FACİƏ: Yol qəzasında 2 ölü, 3 yaralı 22 Avqust 2019, 08:28 Manatın məzənnəsi dəyişir?... 22 Avqust 2019, 08:23 ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43 Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü 21 Avqust 2019, 22:25 Alman alimlərindən yeni kəşf 21 Avqust 2019, 22:09 Rəqib "Qarabağ"dan çəkinir 21 Avqust 2019, 21:52 Mingəçevirdə uşaq ölü doğuldu 21 Avqust 2019, 21:34 Babasıgilə qonaq gedən uşaq hamamda boğuldu 21 Avqust 2019, 21:19