Modern.az

Qohumları ər-arvadı döyüb evdən qovmaq istədi - GƏNCƏDƏ

Qohumları ər-arvadı döyüb evdən qovmaq istədi - GƏNCƏDƏ

13 Yanvar 2019, 17:29

Gəncədə ər və arvad döyülüb.

 

Modern.az-ın "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə şəhər sakini, 1981-ci il təvəllüdlü Əsgərova Nərifə və onun həyat yoldaşı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib. Qadının vəziyyəti kafi, kişinin vəziyyəti isə normal qiymətləndirilir.

 

Qadının verdiyi ilkin ifadəyə görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, onun həyat yoldaşının qohumları onları evdən çıxarmaq istəyiblər və bu səbəbdən döyülüblər.

Faktla bağlı hüquq mühafizə orqanların əməkdaşları tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə