Arxiv
14 Yanvar 2019, 10:21 | MƏDƏNİYYƏT
Anar Əskərov: “Yerli şirkətlərin PR işçilərinin təcrübəsizliyi...”

Anar Əskərov 10 ildən çox təcrübəsi olan PR üzrə mütəxəssisdir. Onun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək fərdlərə və şirkətlərə brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.

 

 Modern.az PR üzrə mütəxəssis Anar Əskərovla müsahibəni təqdim edir.

 

- Ənənəvi olaraq Azərbaycan şirkətləri özünü cəmiyyətə təqdim etmək sahəsinə xüsusi diqqət yetirmirlər. Adətən bir işçi həm PR menecer, həm mətbuatla münasibətlər departamentinin rəhbəri, həm də SMM vəzifələrini icra edir. Sizcə, belə yanaşma doğrudurmu?

 

- Azərbaycanda əksər şirkətlər PR işinə dırnaqarası yanaşır. Buna əmin olmaq üçün istənilən vakansiya elanı saytına daxil olub PR mütəxəssisi axtaran hər hansı şirkətin  tələb paketinə və işə görə təklif etdiyi əməkhaqqına nəzər yetirmək kifayət edir. Yeri gəlmişkən, gəlin, həmin elanlardan birinə şirkətin adını qeyd etmədən nəzər yetirək: 

 Yeni rəqəmsal media və sosial şəbəkələrin inkişafı özəl və dövlət müəssisə rəhbərlərinin PR şöbələrinə daha həssas yanaşmaya az -çox səbəb olub. Dövlət təşkilatlarının bir çoxunda isə ictimaiyyətlə əlaqələr şöbəsində çalışan işçilərin əksəriyyətinin PR sahəsində təcrübəsi ya azdır, ya da heç yoxdur.Mətbuatda ara-sıra “Hansısa jurnalistə vəzifə verildi ” tipli başlıqlar, yəqin, rastınıza çıxır. Jurnalistin PR meneceri postuna dəvət alması normal haldır. Lakin bir çox halda şirkətlər/dövlət müəssisələri jurnalistivəzifəyə onun digər media qurumları, mətbuat işçiləri ilə isti münasibətlərin varlığına görə təyin edirlər. Nəticədə müəssisənin media ilə əlaqələri yaxşılaşır . Lakin PR-ın əsas funksiyası media ilə yox ictimaiyyətləmünasibətlərin qurulmasıdır. Media ilə əlaqələrin qurulması sadəcə PR fəaliyyətinin əsas alətidir. Bu fərq unudulduğu üçün nəticədə müəssisənin PR işi mediaya qədər qurulur.

 

- Bu gün ölkədə fəaliyyət göstərən şirkətlər özlərini cəmiyyətə doğru-düzgün təqdim edə bilirlərmi? Reputasiyanın qorunması, səlis məlumatın ötürülməsi, yaranan problemlərin həllində şirkətlərin PR departamentləri yararlı fəaliyyət göstərirlərmi?

 

- Azərbaycanda əhalinin 80 faizdən çoxu internet istifadəçisidir.Texnoloji inkişaf əksər sahələrə təsir etdiyi kimi PR fəaliyyətinə də təsir edib. Şirkətlər də yeniliklərə çevik adaptasiya olmalıdırlar.Bundan əvvəl şirkətlər kim olduqlarını, necə iş gördüklərini özləri deyirdisə, indi bunu şirkət yox, müştəri deyir. Çünki sosial şəbəkələr, bloqlar hər kəsə “səs” verib. Təcrübə göstərir ki, Azərbaycanda fəaliyyət göstərən əksər şirkətlərin PR şöbələri mediada onların fəaliyyəti ilə bağlı baş verəcək krizisə hazır olmurlar. Mövcud risklər mütəmadi analiz olunmalı və gələcəkdə həmin risklərin krizisə çevrilməməsi üçün davamlı və planlı fəaliyyət qurulmalıdır. Krizis baş verən zaman isə təmkinli olmaq, kimin səhv, kimin doğru olduğunu dəqiq analiz edib, nəticəni ictimaiyyətə vaxtında və ən düzgün şəkildə çatdırmaq lazımdır. Təəssüf ki, bir çox yerli şirkətlərin PR işçilərinin təcrübəsizliyi onların reputasiyalarına baha başa gəlir.

 

- Şirkətlərin daha peşəkar PR qurumlarla işbirliyinə necə baxırsınız?

 

 

- Şirkətlər büdcəyə qənaət etmək məqsədi ilə daha çox çalışır PR komandasını “in house”, yəni öz tərkiblərində qursunlar. Yuxarıda da qeyd etdiyim kimi, bu, əksərhallarda “one man show” olur, yəni komanda bir nəfərdən ibarət olur. Lakin illərlə qurulan reputasiya bir krizislə, problemlə və bir günə zədələnib, məhv ola bilər.Bu səbəbdən təcrübəli PR şirkətləri ilə mütəmadi işbirliyi tövsiyə olunur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video 23 Avqust 2019, 19:10 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34 “Relaks”da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA 23 Avqust 2019, 17:24 Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim” 23 Avqust 2019, 17:15 Peşə məktəblərinə sənəd qəbulunun II turu keçiriləcək 23 Avqust 2019, 17:10 Bakıda 50 ədəd şam ağacı yandı 23 Avqust 2019, 16:57 ADU-ya qəbul olunan imkansız tələbə: “Heç ümidim yox idi...” - FOTO 23 Avqust 2019, 16:49 Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü anıldı 23 Avqust 2019, 16:46 “Gəncə işi”nə görə tutulanlardan biri azad olundu 23 Avqust 2019, 16:38 Putin Ərdoğanla İdlibi müzakirə etdi 23 Avqust 2019, 16:35 Sabah Fransada G7 sammiti başlayacaq 23 Avqust 2019, 16:31 Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlandı 23 Avqust 2019, 16:19 Sülhün Səfiri - Etibar Cəbrayıloğlu YAZIR 23 Avqust 2019, 16:10 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!” 23 Avqust 2019, 16:05 Bir şəklin tarixçəsi: Qabil, Xəlil Rza, Tofiq Bayram “Sonuncu dərviş”in evində… 23 Avqust 2019, 15:50 Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX 23 Avqust 2019, 15:34 Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək 23 Avqust 2019, 15:27 Azərbaycanın xarici dövlət borcu açıqlandı - 8 milyard 920 milyon  23 Avqust 2019, 14:53 Şəhid ailələrinin sosial məsələləri ictimailəşdirilib 23 Avqust 2019, 14:30 Ermənistanın öz adından qondarma “DQR”ə aid məktub yollaması ilk dəfə deyil - ŞƏRH 23 Avqust 2019, 14:23 Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI 23 Avqust 2019, 14:19