Modern.az

Moskva aeroportlarında bomba həyəcanı

Moskva aeroportlarında bomba həyəcanı

Aktual

14 Yanvar 2019, 13:41

Rusiyanın paytaxtı Moskvada Vnukovo hava limanında polis yoxlama aparır.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, buna aeroport ərazisində bomba qoyulması barədə anonim zəng səbəb olub.

Qeyd olunur ki, hazırda hava limanının bütün ərazisində xüsusi itlərin vasitəsilə axtarış davam etdirilir.

 

Bununla belə, aeroport rəhbərliyi təxliyənin planlaşdırılmadığını, hava limanının adi rejimdə işini davam etdirdiyini bildirib.

Eyni zamanda, Domodedovo və Şeremetyevo hava limanlarına analoji anonim zənglərin daxil olduğu deyilir.

Hər üç aeroportda axtarışlar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə