"SOCAR və BP-nin Türkiyədə neft-kimya kompleksinin tikintisi üzrə birgə layihəsinin investisiya dəyəri təxminən 1,5-2 milyard dollar təşkil edəcək". Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu “SOCAR Turkey Enerji”nin baş direktoru Zaur Qəhrəmanov deyib.
Z.Qəhrəmanovun sözlərinə görə, neft-kimya kompleksinin tikintisi 2019-cu ilin ikinci yarısında planlaşdırılır:
“Biz müəssisənin 2022-ci ilin sonunda istifadəyə verilməsini gözləyirik”.