Arxiv
15 Yanvar 2019, 08:27 | MƏDƏNİYYƏT
ABŞ-da Azərbaycan həsrətiylə yaşayan alim...

Həzrəti Süleymandan sonra yer kürəsində bütün canlıların dilini bilən hələ ki, ikinci bir kimsə doğulmayıb. Doğrudur, biz həyatda çox dil bilən poliqlotlarla rastlaşmışıq, dünyada 24 dil bilən 100 nəfərdən biri elə bizim soydaşımız Yaqub Abbasovu nümunə gətirmək olar. Amma sirli, qədim dilləri bilən adamlar bu gün dünyada çox azdır. Onları dinləmək, onları anlamaq hər kəsin işi deyil. Haqqında söhbət açdığım şəxs ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində yaşayan bir azərbaycanlı alimdir…

O, 1942-də Zəngəzurun Meğri rayonunun Nüvədi kəndində dünyaya gəlib. 1950-1957-ci illərdə Nüvədi 7-ilik məktəbini, 1957-1960-cı illərdə qonşu Aldərə kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1961-1966-cı illərdə indiki Azərbaycan Dövlət Tibb Universitetinin əczaçılıq fakultəsində ali təhsil alıb. 1966-1967-ci illərdə Elmlər Akademiyasının Fiziologiya institutunda, 1967-1968-ci illərdə 1 nömrəli Bakı Tibb texnikumunda Latın dili və Farmakologiya müəllimi kimi çalışıb və eyni zamanda Azərbaycan Tibb universitetində Latın dili kafedrasında müəllim işləyib. 1968-1971-ci illərdə Elmlər Akademiyasının Fiziologiya institutunda biokimya üzrə aspiranturada oxuyub. Dissertasiya üzrə işlərini 1969-1971-ci illərdə Ukrayna Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika institunda başa çatdırıb. 1974-də biokimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Sonra Fiziologiya institutunda kiçik elmi, baş elmi işçi və qrup rəhbəri olub. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Univeritetinin Biologiya fakultəsi nəzdindəki elmi laboratoriyaya rəhbərlik edib... 

1990-cı ildə Alaska Ətraf mühitin analizi laboratoriyasının dəvəti ilə ABŞ-ın Alaska ştatına köçüb. Əvvəlcə Ankoric şəhərində Ətraf mühitin analizi laboratoriyasında, sonra isə Narkotik maddələrin qanda və sidikdə anlizi laboratoriyasında çalışıb. Bir ildən sonra Sietlə köçüb. Elə o vaxtdan da Sietl şəhərində yaşayır…

Sietlin Vaşinqton Universitetində və eləcə də müqaviləylə Merilend Univeristetində çalışıb. Sonra on ilə yaxın əczaşılıq sahəsində, bir neçə il Edmonds məktəblər idarəsində instruktor olub. 2014-cü ildən təqaüddədir...

Amerikada Azərbayanın bilinməyən yazılı tarixi barədə 25 kitab yazıb nəşr etdirib. Gil yazılı mətnlərin dilinin türk dili olduğu ideyası bir an onu rahat buraxmayıb. Bir neçə illik çox gərgin axtarışların nəticəsində 1994-cü ildə nəahyət müəyyən edib ki, mütəxəsislər mixi işarələrini düzgün oxusalar da, lakin mixi yazı sistemi hecalı sistem olduğundan bu əlifbada durğu və sözayırıcı işarələr işlənmədiyindən, mətnlərin original dilini bilməyənlər, sətirləri istədikləri kimi modelləşdirib hər şeyi alt-üst edirlər. Nəticədə, ortalığa böş sözlər yığını, mənasız tərcümələr çıxıb və yalançı şumer, akkad, urartu və digər uydurma ölü dillər adlandırılan dillər peyda olub...
O, 20-dən çox azman gil yazılı mətnlərin tükcə açılışını həyata keçirərək, qısa zaman ərzində 1997-ci ildə 472 səhifəlik azərbaycanca "Əcdad" kitabını ərsəyə gətirib. Sonrakı tədqiqatlar ona imkan verib ki, sirrlərini türkcə açdığı mətnlər əsasında 250 səhifəlik "Azərbaycan dilinin mixi yazılı qrammatikası" əsərini ortaya qoysun. Həmin kitab 2004-cü ildə Bakıdakı "Nurlan" nəşriyyatında azərbaycanca nəşr edilib. Çivi yazılara əsaslanan tədqiqatçı, tariximizdə ilk dəfə Azərbaycan türk dili üçün qadın cinsinin şəxs əvəzliyini işləyib hazırlamış və onu həyatda tətbiq etmək fikirndədir. Onun fikrincə, mixi yazılı dövrdə dilimizdə "O" səsi olmadığından, əvəzində əcdadlar "A" və "U" səslərindən geniş istifadə ediblər. Özünün dediyi kimi, hələ tələbəlik illərindən Azərbaycan türkcəsində qadın cinsi üçün ayrıca əvəzlik axtaran müəllif, gil yazıların bu xüsusiyyətindən istifadə edərək, kişi cinsini qadın cinsindən ayırmaq üçün, qadına təkdə "A", cəmdə "Anlar" deyilməsi ideyasını işləyib hazırlayıb. Kişi cinsi təkdə "O", qadın cinsi "A", cəmdə müvafiq olaraq, "Onlar" və "Anlar"... 

2017-ci ildə həmyerlimiz, Qırğızıstanda yaşayan iş adamı Nüsrət Məmmədovun maddi dəstəyi ilə onun 1300 səhifəlik "Генезис Тюрка и Тюркского Языка (на основе клинописи)" kitabı 2 cilddə Bişkekdə nəşr edilib. Həmən kitab bir az sonra Nyu York-Sietl-Sankt-Peterburq nəşriyyatlarında yenidən çapa gedib. Kitab rus dilindədir. Fundamental araşdırma olan və müəllif tərəfindən "Türkün Qızıl Kitabı" adlandırılan bu unikal əsər, 33 fəsildən ibarətdir. Bu kitab ulu, şanlı, ancaq unudulmuş keçmişimizin aynası rolunu oynayır. Orada toplanılan əsərlər öz unikallığı ilə müasir insanı heyrətləndirməyə qadirdir.

Əsərdə mixi yazılı poeziya, riyaziyyat, baytarlıq, iqtisadiyyat - mal dövriyyəsi, rübailər, vulkanologiya, mineralogiya, kalium sianidin, civənin alınma üsulları, onların köməkliyi ilə filizdən qızılın ekstraksiya olunmasına aid çoxlu materiallar verilib. Gil yazılardan topladığı dəlillər əsasında 2017-ci ildə yenə də Sankt Peterburq şəhərində həm azərbaycanca, həm rusca onun Azərbaycan muğamına aid digər bir unikal əsəri nəşr olunub.

"Где, когда и как родился Мугам? – “Muğam harda, nə vaxt və necə doğulub?" adlı 127 səhifəlik kitabı da Azərbaycan və bütün dünya muğamsevərlərinə, tədqiqatçılarına ərməğandır...
Onun 1200 səhifəlik "Genesis of Turk and Turkish Lanquage (on the basis of cuneiform inscriptions)" ingilis dilindəki kitabi da hazırdır və öz redaktəsini və nəşrini gözləyir. Həmin kitabın azərbaycanca tərcüməsi belə səslənir- "Türk və Türk dilinin yaranması (Çivi yazısı əsasında)"…

…Haqqında söhbət açdığım Tariyel Azərtürk ömrünün 77-ci qışını yaşayır. Deyir ki, Bakı üçün çox darıxır: “Bu doğma şəhər, onun prospektləri, geniş küçələri, tarixi abidələri tez-tez yuxularıma girir. Doğma Azərbaycanımı, onun gözəl insanlarını çox sevirəm. Azərbaycan mənim Məkkəm, Mədinəmdir”…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 18:56 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34 “Relaks”da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA 23 Avqust 2019, 17:24 Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim” 23 Avqust 2019, 17:15 Peşə məktəblərinə sənəd qəbulunun II turu keçiriləcək 23 Avqust 2019, 17:10 Bakıda 50 ədəd şam ağacı yandı 23 Avqust 2019, 16:57 ADU-ya qəbul olunan imkansız tələbə: “Heç ümidim yox idi...” - FOTO 23 Avqust 2019, 16:49 Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü anıldı 23 Avqust 2019, 16:46 “Gəncə işi”nə görə tutulanlardan biri azad olundu 23 Avqust 2019, 16:38 Putin Ərdoğanla İdlibi müzakirə etdi 23 Avqust 2019, 16:35 Sabah Fransada G7 sammiti başlayacaq 23 Avqust 2019, 16:31 Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlandı 23 Avqust 2019, 16:19 Sülhün Səfiri - Etibar Cəbrayıloğlu YAZIR 23 Avqust 2019, 16:10 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!” 23 Avqust 2019, 16:05 Bir şəklin tarixçəsi: Qabil, Xəlil Rza, Tofiq Bayram “Sonuncu dərviş”in evində… 23 Avqust 2019, 15:50 Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX 23 Avqust 2019, 15:34 Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək 23 Avqust 2019, 15:27 Azərbaycanın xarici dövlət borcu açıqlandı - 8 milyard 920 milyon  23 Avqust 2019, 14:53 Şəhid ailələrinin sosial məsələləri ictimailəşdirilib 23 Avqust 2019, 14:30 Ermənistanın öz adından qondarma “DQR”ə aid məktub yollaması ilk dəfə deyil - ŞƏRH 23 Avqust 2019, 14:23 Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI 23 Avqust 2019, 14:19 Binə sakinini bıçaqlayan şəxs tutulub 23 Avqust 2019, 13:57 Cəbrayıllı həkimlər humanitar aksiya keçirdilər - FOTOLAR 23 Avqust 2019, 13:56 Cəbrayıl və Füzulinin işğal günü Şəhidlər Xiyabanında anıldı - FOTOLAR 23 Avqust 2019, 13:47 Fransa Azərbaycan yeni səfir təyin etdi 23 Avqust 2019, 13:46 Putin vacib müraciət edəcək – Detallar açıqlanmır 23 Avqust 2019, 13:44