Arxiv
16 Yanvar 2019, 09:25 | MƏDƏNİYYƏT
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR  

Sağlam bədəndə sağlam ruh olar, deyiblər. Ruhən sağlam olan haraya getsə, hansı ölkədə olsa belə nüfuz sahibi, dəyərli insan olacaq…

Elə də yaşı yoxdur, vur-tut 26 yaşı var. Amma bu qısa zaman kəsiyində çox böyük yol keçib, əziyyətə qatlaşıb, çətinliklərə sinə gərib, uğurlara imza atıb. Adıyla bərabər döğma Azərbaycanın da adını zirvələrə ucaldıb, bayrağına bürünüb onu amerikalılara, dünyaya tanıtmağa çalışıb…

İdmançı əzmkarlığı ilə ruhdan düşmədən qələbəyə can atan bu soydaşımız 1992-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində dünyaya gəlib. 2009-cu ildə orada orta təhsilini başa vurub. 2010-2012-ci illərdə əsgəri xidmətdə olub. 2012-ci ildə BP-nin Bakıdakı idarələrindən birində əmək fəaliyyətinə başlayıb. 2016-cı ildə ABŞ-a dəvət alanadək orada çalışıb…

Haqqında söhbət açdığım Elgün Xanoğlanlı Nyu York şəhərində yaşayır. "Bruklin MMA" idman klubunun UFC ulduzu olan Diaz qardaşlarının zalında məşq edir…

Elgün gənc olduğundan tərcümeyi-halı elə də uzun deyil. 2001-ci ildən karatenin kyokuşhin növü üzrə məşğul olub. 2004, 2005-ci illərdə kyokuşhin üzrə Azərbaycan çempionu olub... 

2009-cu ildə məşğul olduğu idman növünü dəyişərək MMA- qaydasız döyüşə başlayıb. Hərbi xidmətə çağrılanadək Bakıda “Şüa” idman klubunda məşqlərini davam etdirib, bu idman növü üzrə də müvəfəqqiyyət əldə edərək Azərbaycan çempionu olub.
2012-ci ildə ordudan təxris olunduqdan sonra "Budo döyüş növləri federasiyası"nın dəvəti ilə orada məşqlərə başlayıb. Tezliklə MMA döyüş növü üzrə Moldovada keçirilən Avropa çempionatında 60 kq çəki üzrə yarışın qalibi olub, Avropa çempionu adına layiq görülüb. 2014-cü ildə Ukraynanın Xarkov şəhərində keçirilən dünya çempionatında MMA üzrə dünya çempionu tituluna yiyələnib. Vətəndə yaşadığı illərdə dünyanın bir sıra ölkələrində- İtalya, İran, Türkiyə, Estoniya, Belarusiya, Gürcüstan, Şimali Kipr Azərbaycanı ləyaqətlə təmsil edib... 

2015-ci ildə Şimali Kiprdə keçirilən yarışda ən yüksək pilləyə qalxaraq Dünya kubokuna sahib çıxıb.
ABŞ-a gələndən sonra isə daha əzmkarlıqla məşqləri davam etdirir. 2018-ci ildə ECF təşkilatının keçirdiyi yarışda qələbə qazanaraq Amerika çempionu titulunu əldə edib... 

Bu şən, gülərüz, həm də sağlam düşüncəsiylə adamı özünə məftun edən gənc soydaşımızla tanışlığımıza çox sevindim. Onunla eyni xalqın oğlu olduğumuzdan qürur hissi keçirdim. Bəli, idmançılar dünyanın ən xoşbəxt insanlarıdır. Təmsil etdikləri ölkənin bayrağını yüksəltməyə daha çox şansları var…

…Deyir ki, çoxları Amerikaya qazanc, rahat həyat dalıyca gəliblər: “Səhərdən axşamadək işləmək, çox pul qazanmaq istəyirlər. Mənim məqsədim, daha çox məşq etmək, yarışlarda zəfər qazanmaqdır. Ən böyük arzum isə, dünyanın ən güclü idmançılarının daxil olduğu UFC təşkilatına ilk azərbaycanlı kimi üzv olmaqdan ibarətdir. Azərbaycan bayrağının zirvələrə yüksəlməsi üçün bütün ömrümü qurban verməyə hazıram”…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR 23 Avqust 2019, 20:33 İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video 23 Avqust 2019, 19:10 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34 “Relaks”da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA 23 Avqust 2019, 17:24 Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim” 23 Avqust 2019, 17:15 Peşə məktəblərinə sənəd qəbulunun II turu keçiriləcək 23 Avqust 2019, 17:10 Bakıda 50 ədəd şam ağacı yandı 23 Avqust 2019, 16:57 ADU-ya qəbul olunan imkansız tələbə: “Heç ümidim yox idi...” - FOTO 23 Avqust 2019, 16:49 Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü anıldı 23 Avqust 2019, 16:46 “Gəncə işi”nə görə tutulanlardan biri azad olundu 23 Avqust 2019, 16:38 Putin Ərdoğanla İdlibi müzakirə etdi 23 Avqust 2019, 16:35 Sabah Fransada G7 sammiti başlayacaq 23 Avqust 2019, 16:31 Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlandı 23 Avqust 2019, 16:19 Sülhün Səfiri - Etibar Cəbrayıloğlu YAZIR 23 Avqust 2019, 16:10 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!” 23 Avqust 2019, 16:05 Bir şəklin tarixçəsi: Qabil, Xəlil Rza, Tofiq Bayram “Sonuncu dərviş”in evində… 23 Avqust 2019, 15:50 Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX 23 Avqust 2019, 15:34 Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək 23 Avqust 2019, 15:27 Azərbaycanın xarici dövlət borcu açıqlandı - 8 milyard 920 milyon  23 Avqust 2019, 14:53