Modern.az

Bakı Dövlət Universiteti Pakistanla memorandum imzalayıb

Bakı Dövlət Universiteti Pakistanla memorandum imzalayıb

Dünya

24 Noyabr 2011, 16:08

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov  Pakistan Ali Təhsil Komissiyasının, Elmlər Akademiyasının sədri, Baş nazirin elm və texnologiya üzrə məsləhətçisi, İslam Konfransı Təşkilatının elm və texnologiyalar üzrə əməkdaşlıq komitəsinin baş koordinatoru və Beynəlxalq Kimya Elmləri Mərkəzinin direktoru, professor Atta-ur-Rahmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Modern.az saytına universitetin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, A.Məhərrəmov qonaqlara universitetin tarixi və bu günü barədə məlumat verib, eləcədə ölkəmizdə təhsilin inkişafından, bu istiqamətdə dövlət səviyyəsində atılan addımlardan da danışıb.

A.Məhərrəmovun sözlərinə görə, Azərbaycan-Pakistan əlaqələrini daha da inkişaf etdirmək üçün urdu dilini mükəmməl bilən kadrların yetişdirilməsinə ehtiyac var.

BDU-da olmasından məmnunluğunu ifadə edən professor Atta-ur-Rahman elm, texnologiya və innovasiya, sosial iqtisadi inkişafın zəruri şərtlərindən bəhs edib. Qonaq birgə proqramlar üzərində işləməkdə, magistr və aspirant yetişdirməkdə, akademik, elmi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Sonda birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edən memorandum imzalanıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu