Modern.az

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO

Aktual

16 Yanvar 2019, 21:10

Sumqayıt şəhərində 24 yaşlı gənc itkin düşüb. Modern.az "Report"a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1995-ci il təvəllüdlü Orxan Xoşbəxt oğlu Əhmədov yaşadığı Yaşıldərə yaşayış massivindəki evindən çıxıb və geri qayıtmayıb.

 

Bu barədə polisə itkin düşən gəncin yaxınları məlumat verib.

 

Faktla bağlı Sumqayıt şəhər Polis idarəsinin 1-ci polis bölməsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə